15:51 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
8001

İnsanların əksəriyyəti bilmir ki, bu vasitədən istifadə edilməsi onların sağlamlığına zərər yetirə bilər

BAKI, 16 apr — Sputnik. Müasir insanı antiperspirantsız təsəvvür etmək mümkün deyil. Antiperspirantın istifadəsi adi gündəlik gigiyenik prosedurlardan biridir.

Bu vasitə insanlara özlərini daha rahat və arxayın hiss etməyə imkan verir. Lakin insanların əksəriyyəti bilmir ki, bu vasitədən istifadə edilməsi onların sağlamlığına zərər yetirə bilər.

Dermatoloq Elçin Sadıqov Sputnik Azərbaycan-a bildirib ki, tərləmə zamanı insan orqanizmi toksiki maddələrdən azad olur. Tərləmə insanın normal bədən hərarətinin saxlanmasına da kömək edir: "Tər xüsusi tər vəzilərindən ifraz olunur. Tər vəziləri insan dərisinin bütün səthi boyu yerləşir, bəzi yerlərdə bu vəzilərin sayı daha az, bəzi yerlərdə isə (məsələn, qoltuğaltı, alın, pəncə nahiyələrində) daha çox yerləşir. Antiperspirantın tərkibində olan maddələr (əsasən — allüminium xlorhidratı) tər vəzilərini qapayır və nəticədə tər buradan ifraz olunmur".


Həkim bildirir ki, düzgün seçilməmiş və ya ucuz, keyfiyyətsiz antiperspirant və həmçinin antiperspirantdan düzgün istifadə edilməməsi insanın səhhətinə mənfi təsir edə bilər: "Antiperspirant allergik reaksiyaya səbəb ola bilər. Bu halda qoltuğaltı hissələrdə qaşınma olur, dəri qızarır. Bu antiperspirantdan imtina edin, onu digəri ilə əvəz edin. Dərisi çox həssas olan insanlara bir çox növ antiperspirantlar uyğun gəlməyə bilər. Bu halda xüsusi həssas dəri üçün olan antiperspirantlardan istifadə etmək olar".

Sadıqovun sözlərinə görə, antiperspirantdan süi-istifadə edən insanlarda və ya keyfiyyətsiz antipersperantların istifadəsi nəticəsində hidradenit inkişaf edə bilər:

"Bu tər vəzilərinin axarlarının iltihabıdır. Hidradenitin simptomları — qoltuğaltı nahiyədə kiçik düyünlərin (şişlərin) əmələ gəlməsi, ağrı və narahatçılıqdır. Xəstəlik inkişaf etdikcə, ağrılar şiddətlənir, hərarət arta bilər, proses burada yerləşən limfa düyünlərinə keçə bilər, bu nahiyədə abses (irinlik) yarana bilər. Fəsadlaşmış hidradenit cərrahiyyə yolu ilə müalicə olunur".

Həkim qeyd edir ki, düzgün seçilməmiş antiperspirant piqment ləkələrin əmələ gəlməsinə də səbəb ola bilər. Bütün bunlardan uzaq olmaq üçün antiperspirantlardan düzgün istifadə etmək lazımdır. Antiperspirant yalnız qoltuğaltı nahiyələrində istifadə oluna bilər. Dəridə yara, cızıq və s. olduqda antiperspirantdan istifadə etmək olmaz. Antiperspirant yalnız gündə 1 dəfə təmiz və quru dəriyə vurula bilər.

"Epilyasiyadan sonra bir neçə müddət ərzində (bu haqda həkimlə məsləhətləşin) antiperspirantdan istifadə etmək olmaz. İdman zalına, saunaya getdikdə antiperspirantdan istifadə etmək olmaz. Çimərliyə, solyariya getdikdə antiperspirantdan istifadə etməyin — bu piqment ləkələrin əmələ gəlməsinə səbəb olur. Gecə yatmamışdan əvvəl antiperspirantı dəridən mütləq yuyun" — deyə həkim bildirib.

Əlaqədar

Ataları siqaret çəkən uşaqlarda bu xəstəlik yaranır
Bizə adi görünən bu xəstəlik tibb elmi üçün sirr olaraq qalır
Xəstəlik tapmadan və əziyyət çəkmədən arıqlamaq istəyənlər üçün ideal resept
Bu xəstəlik hər üç qadından birində var
Saatlarla televizora baxmaq ağır xəstəlik törədir
Teqlər:
tərləmək, antiperspirant, dermatoloq, Allergik reaksiyalar, həkim, antiperspirantın zərərləri, Dermatoloq Elçin Sadıqov

Əsas mövzular