03:40 12 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
SƏHİYYƏ
Qısa URL
23 0 0

Əli Əhmədov: "Azərbaycanda dərman qıtlığı yox, insanların alışdığı dərman adlarının tapılmaması məsələsi var"

BAKI, 8 apr — Sputnik. "Biz dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi addımını atdıqdan sonra dərman bazarında müəyyən proseslər baş verib, məsələn, müəyyən adamların vərdiş etdikləri dərman adlarından fərqli olaraq, eyni tərkibdə başqa dərmanların gətirilməsi ilə əlaqədar anlaşılmazlıqlar yaranıb".

Sputnik Azərbaycan xəbər verir ki, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərin suallarını cavablandırarkən belə deyib. "Azərbaycanda dərman peraparatları ilə bağlı problemlərin yaranmasında əsas rol oynayan səbəblərdən biri odur ki, dərmanlar əsas etibarilə ölkəyə idxal olunur" — o bildirib.

Ə. Əhmədov qeyd edib ki, Azərbaycanda dərman istehsalının gücləndirilməsi üçün ciddi işlər görülür: "Bizdə insanlar adətən adına alışdıqları dərmanları axtarırlar. Amma eyni tərkibdə, eyni təsir gücünə malik olan başqa dərmanlar da var. Güman edirəm ki, yaxın zamanda Azərbaycanda bu məsələ də həllini tapacaq. Yəni, Azərbaycanda dərman qıtlığı yox, insanların alışdığı dərman adlarının tapılmaması məsələsi var. Mən xahiş edərdim ki, dərmana ehtiyacı olan vətəndaşlarımız öz həkimləri ilə məsləhətləşib, ehtiyac duyduqları dərmanların başqa adla apteklərdə olduğunu bilsinlər".

Əlaqədar

Ekspert: “Azərbaycanda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsində səhvlər var”
Bakıda olay: beş körpə dərmandan zəhərləndi
Ekspert: "Ölkəyə keyfiyyətsiz dərmanlar gətiriləcək"
Sərhəddə qanunsuz dərman preparatları aşkarlandı
Azərbaycanda yeni dərman zavodu tikiləcək
Teqlər:
Baş nazirin müavini, Əli Əhmədov, istehsal, dərman, bazar, qiymət

Əsas mövzular