19:13 20 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9671
Yataqda uzanmış qadın

Yuxusuzluq problemi olanlar bu xəbəri mütləq oxusun

CC0 / StockSnap / Girl
SƏHİYYƏ
Qısa URL
37411

Tək bir gecə belə yuxusuz qalmağın insan davranışlarını asan dəyişdirə biləcəyi üzə çıxıb

BAKI, 31 mart – Sputnik. Hollandiyalı tədqiqatçılar yuxusuzluq və onun fəsadları barədə maraqlı araşdırma aparıblar. Nəticədə tək bir gecə belə yuxusuz qalmağın insan davranışlarını asan dəyişdirə biləcəyi üzə çıxıb.

Məsələn, işləyən insan üçün yuxusuzluq yorğunluqla yanaşı xoşagəlməz davranışlara da səbəb ola bilər. Misal üçün bu cür insanlarda eqoistliyə meyllilik daha çox olur. Lakin unutmaq olmaz ki, sonradan yaranan bu eqoistlik xarakterlə yox, birbaşa yuxusuzluqla bağlıdır. 

Sputnik Azərbaycan NTV-yə istinadən bildirir ki, araşdırma nəticələrinə görə, yuxusuz insanlar iş yerlərində də digərlərinə nisbətdə passiv olurlar və bir işi yerinə yetirməkdə sonadək mübarizə apara bilmirlər. 

Əsas mövzular