20:22 24 Noyabr 2017
Canlı yayım
Çay və qəhvə

Ağıllı olmaq üçün bu içkidən içmək məsləhətdir

CC0 / Line-tOodLinGfc / tea
SƏHİYYƏ
Qısa URL
43434

Sinqapur Milli Universitetinin alimləri 12 il ərzində yaşı 55-dən yuxarı olan 1000-ə yaxın insanı müşahidə etdikdən sonra bu nəticəyə gəliblər

BAKI, 18 mart — Sputnik. Alimlər sübut edib ki, hər gün çay içən insanlarda demensiya (ağıl zəifliyi) riski 50% azalır.

Saglamolun.az xəbər verir ki, bu həm qara, həm də yaşıl çaya aiddir.

Çay katexin və teaflavin maddələri ilə zəngindir. Bu maddələr beyinə iltihab əleyhinə və antioksidant təsir edir, beyinin damarlarını və beyin hüceyrələrini zədələnmələrdən qoruyur.

Sinqapur Milli Universitetinin alimləri 12 il ərzində yaşı 55-dən yuxarı olan 1000-ə yaxın insanı müşahidə etdikdən sonra bu nəticələrə gəliblər.

Hər 2 ildən bir kontrol qrupunda olan insanların təfəkkür qabiliyyəti analiz olunurdu. Məlum olub ki, hər gün çay içən insanların təfəkkür səviyyəsi daha yüksək olub.

Alimlər gün ərzində 4-5 fincan çay içməyi tövsiyə edirlər.

Əsas mövzular