14:38 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
SƏHİYYƏ
Qısa URL
41320

Türkiyəli həkim Yaşar Kütükçü hesab edir ki, musiqi dinləyərək, mahnı oxuyaraq Alsgeymer riskindən uzaq olmaq mümkündür

BAKI, 18 mart — Sputnik. Müalicə olunmayan xəstəliklərdən sayılan Alsgeymerin əlacı tapılıb. Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu xəstəliyi musiqi sağaldır. Alsgeymer xəstəliyi əsasən 65 yaşından sonra müşahidə edilir.  

Türkiyəli həkim Yaşar Kütükçü hesab edir ki, musiqi dinləyərək, mahnı oxuyaraq Alsgeymer riskindən uzaq olmaq mümkündür. Həkim bildirib ki, musiqi duyğuları canlandırır və xəstələrə xatirələrini, yaşadıqlarını xatırladır. 

Bu barədə araşdırmaların olduğunu bildirən həkim qeyd edib ki, hər hansı musiqi alətində ifa etməyi bacaran şəxslərə həmin alətləri ifa etdirməklə hisslərini, unutduqlarını xatırtlatmaq mümkündür. Hər hansı alətdə ifa etmək unudulmuş hərəkətləri xatırlatmaqla yanaşı, unudulmuş duyğuları da təzələyir: “Musiqi sakitləşdirir. Xəstələrdə aqressivliyə, həyəcana, yuxu pozuntularına, hətta fiziki və zehni funksiyalara da musiqi ilə təsir etmək mümkündür”.

Beyin hüceyrələrini bir qisminin ölməsilə ortaya çıxan Alsgeymer xəstəliyi yaddaşda inkişaf edən unutqanlığa səbəb olur.

Əsas mövzular