Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Sarımsaqlı südün faydalarını siz də bilin

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidStəkanda süd
Stəkanda süd - Sputnik Azərbaycan
Abunə olmaq
Həm sarımsağın, həm də südün faydalı tərəfləri bir-birilərini tamamlayır

BAKI, 18 mart – Sputnik. Sarımsaqlı süd bizdə çox istifadə olunmasa da olduqca faydalı bir reseptdir. Çünki həm sarımsağın, həm də südün faydalı tərəfləri bir-birilərini tamamlayırlar. Sputnik Azərbaycan bu barədə saglamolun.az-a istinadən məlumat verir. 

Əvvəlcə hazırlanması haqqında:

Süd bişirilir, 1 stəkan bişmiş südə 1-2 diş sarımsaq sarımsaqəzəndə əzilib qarışdırılır. Yaxşı olar ki, axşam yatmazdan əvvəl içilsin.

Faydaları:

1.Sarımsaqlı süd axşam yatmazdan əvvəl içilərsə yaxşı yuxu gətirir, yuxunu dərinləşdirir.

2. Sarımsaqlı süd çox əla bir qurdqovucudur, demək olar ki, bütün qurdlara (askarid, lyambliya, bizquyruq və s.) qarşı əla bir vasitədir. Daimi içilən zaman damarlarda parazitlik edən exinokok qurdlarına da təsir edir.

3. Allergiyadan, atopik dermatitlərdən əziyyət çəkənlər üçün əla bir vasitədir.

4. Həm sarımsaq, həm də süd yüngül işlədici təsirləri olduğundan qəbizlikdən və gemaroydan əziyyət çəkənlər üçün olduqca faydalıdır.

5. Sarımsağın və südün tərkibindəki zəngin kalsium həm uşaqlar üçün, həm böyüklər üçün, həm də klimakterik dövrdə olanlar üçün faydalıdır. Osteoporoz (sümük əriməsi) xəstəliyindən əziyyət çəkənlər üçün də faydalıdır.

6. Sarımsaqlı süd çox əla bir əsəb sakitləşdiricidir.

7. Sarımsaqlı süd yüksək təzyiqi aşağı salır, aşağı təzyiqi olanlar yaxşı olar bu qarışıma bal qarışdırsınlar.

8. Sarımsaq tək yeyiləndə mədədə qaşınma, aşılama kimi hallar əmələ gətirə bilir, amma sarımsaqlı süddə belə problem yoxdur.

9. Sarımsaqlı süd yüksək xolesterin, ateroskleroz, miokard infarktı kimi xəstəliklərdən əziyyət çəkənlər üçün olduqca faydalıdır.

10. Sarımsaqlı süd qanı durulaşdırır, qanı qatı olanlar üçün də faydalıdır.

11. Cinsi həvəsi artırır.

12. Mikrob mənşəli bütün xəstəliklərdə (bronxit, boğazgəlmə, revmatizm və s.) faydalıdır.

13. Sarımsaqlı süd immuniteti gücləndirir, soyuqdəymələrdə çox faydalıdır.

14. Saç tökülməsindən əziyyət çəkənlər və tez-tez çiban və sızanaq səpənlər üçün faydalıdır.

Xəbər lenti
0