00:00 23 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8808
Bibəriyə, arxiv şəkli

Beyin üçün ən faydalı ədviyyatı tanıyın

© Photo : beslenmespor
SƏHİYYƏ
Qısa URL
83620

Bu ədviyyat beynin fəaliyyətini, yaddaşı, zehni, əhvalı yaxşılaşdırır, baş ağrıları azaldır

BAKI, 14 mart – Sputnik. Vətəni Aralıq dənizinin sahilləri olan bibəriyə bütün dünyada tanınır və yeməklərə dad və ətir vermək üçün istifadə olunur.

Bundan əlavə bu ətirli ot əsrlər boyu müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Sputnik Azərbaycan bu barədə saglamolun.az-a istinadən məlumat verir.

Müasir araşdırmalar çəmən otunun güclü xərçəng əleyhinə təsirini aşkar edib. Eksperimentlər göstərib ki, onun tərkibində olan maddələr xərçəng hüceyrələrinin inkişafını ləngidir.

Bundan əlavə, elmdə çəmən otunun beyinə olan güclü müsbət təsiri sübut edilib. Bu ədviyyat beynin fəaliyyətini, yaddaşı, zehni, əhvalı yaxşılaşdırır, baş ağrıları azaldır. Hətta çəmən otunun ətri beyinin fəaliyyətinə müsbət təsir edir.

Alimlər beynin sağlamlığını qoruyub saxlamaq, beyində yaşlanma proseslərini ləngitmək üçün bu ədviyyatdan istifadə etməyi tövsiyə edirlər.

Həmçinin o immun sistemini və qaraciyəri möhkəmləndirmək, qan dövranını yaxşılaşdırmaq və  saçların uzanmasını sürətləndirmək kimi faydalı xüsusiyyətlərə malikdir.

Əsas mövzular