Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Arıqlamaq üçün meyvə yeyirsinizsə, ehtiyatlı olun

© FlickrApples
Apples - Sputnik Azərbaycan
Abunə olmaq
Deyilənlərə görə, ən məşhur frutarian Apple şirkətinin mərhum rəhbəri Stiv Cobs olub. O bir müddət belə qidalanıb və sonradan iddia edirmiş ki, həmin dövrdə yaradıcılığı xeyli güclənib.

BAKI, 8 mart — Sputnik. "The İndependent" qəzetinin müxbiri Rachel Hosie vegetarianlığın yeni və daha ekstremal forması olan frutarianizmdən (fruitarianism) yazıb.

Sputnik Azərbaycan bu barədə BBC-yə istinadən məlumat verir. 

"Buna meyvə pəhrizi deməyə tələsməyin, çünki bu, pəhriz yox, həyat tərzidir. Bu heç detoks və ya artıq çəkidən xilas olmaq da deyil. Məhz həyat tərzidir…" — Hosie məqaləsində bildirib. 

Bakıdakı bazarlardan birində kartof satışı, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Kartof pəhrizinin bilmədiyiniz faydaları

Məqalədə deyilir ki, adından da göründüyü kimi, frutarianlıq çiy meyvədən (bəzi qoz-fındıq istisnaları ilə) başqa heç nə yeməməyi nəzərdə tutur.

Adamlar bu "pəhrizə" müxtəlif dərəcədə əməl edirlər. Bir çox frutarianların dediyinə görə, onların qidalanmasının 75 faizini çiy meyvələr, 25 faizini isə qoz-fındıq və dənli bitkilərin dəni təşkil edir.

Deyilənlərə görə, ən məşhur frutarian Apple şirkətinin mərhum rəhbəri Stiv Cobs olub. O bir müddət belə qidalanıb və sonradan iddia edirmiş ki, həmin dövrdə yaradıcılığı xeyli güclənib.

Amma filmdə Stiv Cobs rolunu oynayan aktyor Eşton Kutçer qəhrəmanının "yolu ilə" bircə ay getdikdən sonra xəstəxanaya düşüb. 

Buna baxmayaraq, İnstagram-dakı fotolara əsasən demək olar ki, dünyada təxminən, əksəriyyəti cavan qızlardan ibarət 475 min frutarian var.

"The İndependent"- in müxbiri frutarian olmağın necəliyini öyrənmək qərarına gəlib və təcrübəyə başlayıb.

Müxbir frutarian təcrübəsinin 1-ci günü barədə yazır: "Səhər yeməyimə böyük bir kasada meyvə salatı və bir stəkan portağal şirəsi ilə başladım. Bir saat sonra artıq acmışdım və banan yedim. 11.30-da artıq o qədər ac idim ki, quru meyvə və fındıq tozundan preslənmiş Nakd qəlyanaltısı yeməli oldum. Saat 12-də özümü pis hiss edirdim. Köpmüşdüm, amma ac idim. "Meyvə adamı doydurmur" hikmətinin düzlüyünə inandım…"

Müxbir yazır ki, günün qalan hissəsində meyvə kəpəkləri və avokado yeyib.

O Tanrıya şükür edir ki, avokadonu yeyib, çünki yalnız texniki baxımdan meyvə sayılan bu bəhər onu həmin gün xilas edib. 

Berqamot - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bu meyvə ürəyin dərmanıdır

Müxbir şərabın "frutarianlıq dinində" icazəli olub-olmadığını öyrənmədən axşam bir az çaxır içib. Hər halda üzüm də meyvədir…

Məqalədə deyilir ki, müxbirin yediyi bütün qidalar dadlı olsa da, karbohidrat boşluğu dolmayıb…

Daha sonra Hosie fındıq yağı da yeyib.

"Günün sonunda başa düşdüm ki, mən üst-üstə 14 pay meyvə yemişəm. Bu təbii ki, sağlam bir şey ola bilməzdi. Qanımdakı şəkərin miqdarını da bilmirdim" — yazır müxbir.

Rachel Hosie yazır ki, ikinci gününə donmuş giləmeyvələrdən başlayıb, lakin artıq səhər saatlarında möhkəm qarın ağrısına düşüb. 

Xurma - Sputnik Azərbaycan
SƏHİYYƏ
Mədəsində, bağırsağında problemləri olanlar bu meyvəni mütləq yesinlər

Avakado naharından sonra qarın ağrısı şiddətlənib. Müxbir köpdüyünü, qazlarla dolu olduğunu, başının fırlandığını yazır.

İkinci günün axşam planlarını, dostlarla görüşü də köp və qaz təhlükəsinə görə ləğv edib.

"Başa düşdüm ki, frutarianlıqla adam arasına çıxmaq tutmur" — yazır müxbir.

Vəziyyətdən çıxmaq, daha doğrusu özünü aldatmaq üçün bananı əzərək blinçikə çevirməyə çalışıb. Müxbir yazır ki, ikinci gecə yatağa uzananda artıq 6 aylıq hamiləyə bənzəyirmiş.

Nəhayət 3-cü gün səhər meyvə yeməyini davam etdirib, lakin az sonra özünü ciddi şəkildə pis hiss edib. Elə həmin gün frutarianlığın daşını atıb və özünü pizza ilə tərəvəz salatına tutub. Ömründə belə dadlı pizza yemədiyini yazır. 

Alma - Sputnik Azərbaycan
Bu meyvəni yeyən insanlar heç vaxt xərçəngə tutulmurlar

Bununla belə, Rachel Hosie frutarianizmi antireklam etmək istəmədiyini yazır: "Sadəcə frutarianlıq mənim üçün deyil."

Amma adamlar niyə belə bir pəhrizə keçirlər? Müxtəlif səbəbləri var:

Xörək bişirməmək, detoksasiya, kalorilərin ixtisarı, "təbiətsevərlik" və "mənəvi ucalıq"…

Radikal frutarianlar deyirlər ki, insan yalnız ağacdan özü qopub düşən meyvələrlə qidalanmalıdır. "Amma bu dünyada belə bir yeri harda tapasan?" — yazır müxbir.

Məqaləyə görə, frutarianlıq ekstremal dərəcədə çətin pəhrizdir və onu əksər dietoloqlar sadəcə olaraq tövsiyə etmirlər.

Dietoloq Lisa DeFazio deyir ki, "frutarianlarda B12 vitamininin, kalsiumun, D vitamininin, yodun, omega-3 yağ turşularının çatışmazlığı olur və bu, qan azlığı, halsızlıq və immun sisteminin zəifliyi kimi fəsadlara səbəb ola bilər". 

Kök adam - Sputnik Azərbaycan
SƏHİYYƏ
Asiyada məhz belə arıqlayırlar, həm də əziyyət çəkmədən

Alimlərin fikrincə, ümumiyyətlə, yalnız bir və ya iki qida növünə əsaslanan pəhrizlər sağlam sayıla bilməz.

Özünə gəlincə isə müxbir yazır ki, frutarianlıq onun vanna otağı ilə müfəssəl tanış olmasına imkan yaradıb…

Xəbər lenti
0