10:23 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
SƏHİYYƏ
Qısa URL
396

Dəniz ilbizinin orqanizmindəki bu maddə ağrıkəsici effektini 72 saat ərzində qoruyub saxlamağa qadirdir

BAKI, 21 fev-Sputnik. Amerikanın Yuta (Utah) Universitetinin alimləri müəyyən ediblər ki, dəniz ilbizlərinin orqanizmində Rg1A birləşməsi mövcuddur ki, o da ağrıkəsici vasitə olan opioidləri əvəz etməyə qadirdir. Gəmiricilər üzərində aparılan tədqiqata görə, onun effekti 3 sutka keçəndən sonra da qalır.

Sputnik Azərbaycan EurekAlert saytına istinadla xəbər verir ki, Rg1A Karib dənizində yaşayan yırtıcı qarınayaqlı molyuskalarda olan "Conus regius" zəhərinin tərkibində tapılıb. Bu birləşmə, ağrı hissi ilə bağlı olan siqnal yollarına təsir edir.

Bununla yanaşı, o, nikotin asetilxolin reseptoru ilə bağlantı qurur və onu bloklayır. Belə ki, birləşmə narkotik effekti olmayan mürəkkəb analgetikdən ibarətdir. Bu qarışıq gəmiricilərin orqanizminə yeridiləndən 4 saat sonra təsir etməyə başlayır, ağrıkəsici effektini isə 72 saat ərzində qoruyub saxlayır.

Alimlərin fikrincə, Rg1A əsaslı preparat xroniki xəstəliklərlə mübarizədə effektiv təsir göstərir.

Bu səbəbdən də o, narkotik asılılığı yaradan və doza həddinin aşılması zamanı ölümə səbəb olan opioidləri əvəz etmək qabiliyyətinə malikdir.

Teqlər:
molyuska, Utah University, nikotin, narkotik, ilbizlərdə narkotik tapıldı, Amerikanın Yuta Universiteti, ABŞ

Əsas mövzular