Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Xəstəni narazı salan həkimin maaşı kəsiləcək

© Photo : PUBLIC DOMAINHəkimlər, arxiv şəkli
Həkimlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tibbi xidmətin təşkili ilə bağlı tətbiq olunacaq yenilik mütəxəssislər tərəfindən müsbət dəyərləndirilir. Amma bəzi xəstəxanaların boşalma təhlükəsi də narahatlıq yaradır.

BAKI, 2 fev — Sputnik. "Fevral ayından etibarən xəstəxanalara maliyyələşməni göstərdiyi xidmətə görə verəcəyik. Yəni, bir həkim nə qədər xəstə müraciət edəcəksə, ona uyğun əmək haqqı formalaşacaq".

Göygöl Mərkəzi Xəstəxanası - Sputnik Azərbaycan
SƏHİYYƏ
İcbari tibbi sığortaya, tam olaraq keçiləcəyi tarix açıqlandı

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib. Onun sözlərinə görə, bu halda həkim daha yaxşı xidmət göstərməkdə maraqlı olacaq: "Belə olan halda onun xəstəsi çox olacaq və bu da öz növbəsində onun maliyyələşməsinə təsir edəcək".

İcbari tibbi sığortanın nəzarət mexanizmlərinin olacağına diqqət çəkən Z. Əliyev bildirib ki, vətəndaş hər hansı səbəbdən həkimdən narazı qalarsa, Agentlik bu məsələni araşdıracaq: "Araşdırmanın yekununda görsək ki, həkim xəstəyə ehtiyacı olmayan xidmət göstərib, yaxud keyfiyyətdə hansısa qüsur olub, onda həkimin göstərdiyi xidmətə görə maliyyələşməni verməyəcəyik. Yaxud da həkimi cərimə edəcəyik".

"Bunun da bir neçə yolu olacaq. Bu səbəbdən də həkim xəstəyə lazım olmayan xidmətlər göstərməyəcək. Eyni zamanda, sabah onun maliyyələşməsində hansısa problem olmaması üçün xidməti daha keyfiyyətli formada göstərməkdə maraqlı olacaq" — direktor bildirib.

Z. Əliyevin sözlərinə görə, uşaqlar, işləməyən əlil və təqaüdçülər, eləcə də tələbələrin sığorta haqqı dövlət tərəfindən ödəniləcək və onlar sığortaçı sayılacaq: "2017-ci ilin iyun-iyul aylarında bütün ölkə üzrə bu sistemin tədbiq olunacağı barədə yekun qərar verə biləcəyik".

Göz qişası xəstəliyi - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda 3 minə yaxın xəstə o günü gözləyir

Məsələni Sputnik Azərbaycan-a şərh edən həkim, tibbi ekspert Rasif Bağırovun sözlərinə görə, bu qaydanın tətbiqi ilə xəstənin sərbəst şəkildə həkim seçmək imkanı olacaq: "Çünki, xəstə pul ödəyirsə, istədiyi həkimə müraciət etmək şansı olmalıdır. Xəstəyə hansı həkimin yanına getməsi ilə bağlı nəsə demək düzgün deyil. Xəstə həkimi sərbəst şəkildə seçməlidir. Adətən dünyanın hər yerində belə qəbul olunur. Xəstə istədiyi həkimə müraciət edir".

Dövlət Agentliyinin direktorunun "Həkim xəstəyə ehtiyacı olmayan xidmət göstərsə, maaşı verilməyəcək, yaxud cərimə olunacaq" sözlərini isə ekspert belə dəyərləndirib: "Bunu hansısa qurumun öz üzərinə götürməsi məqsədəuyğun deyil. Bu rol inzibati qaydada xəstə ilə həkim arasında olan məsələ kimi hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılır, müəyyənləşdirilir".

"Xəstə istədiyi həkimə müraciət etməlidir, seçimində sərbəst olmalıdır. Məsələn, bu gün təcili yardım ilə xəstələri hansısa bir yerə aparanda nə qədər çətinliklər olur. Xəstə deyir ki, bu xəstəxananı istəmirəm, xoşuma gəlmir, başqa xəstəxananı istəyirəm və s. Amma hamısı da bir istiqamətə gedəndə çətinlik yaranır" — Bağırov vurğulayıb.

O, başqa bir məqama diqqət çəkib: "Görürsən ki, xəstələr bir xəstəxanaya yönəlir. Belə çıxır ki, o biri xəstəxanalar boş qalmalıdır? Həkimlərin kvalifikasiya dərəcəsini qaldırmaqla bu problemi həll etmək olar. Yəni, həkimlər arasında attestasiyalar keçirilməlidir. Sabah xəstəni harasa aparanda deməsin ki, orada həkimlər savadsızdır, ora getmək istəmirəm. Və bir istiqamətdə xəstələrin axını baş verməsin".

© Photo : Mahir Məmmədlinin şəxsi facebook səhifəsiMahir Məmmədli həkim-dermotoloq
Mahir Məmmədli həkim-dermotoloq  - Sputnik Azərbaycan
Mahir Məmmədli həkim-dermotoloq

Həkimin fikrincə, kadrların düzgün yerləşdirilməsi, onların hazırlıq səviyyəsinin yüksək olması, xəstəxanalar haqqında müsbət göstəricilərin ortaya çıxması xəstələrin bütün xəstəxanalara bərabər şəkildə yerləşdirilməsinə imkan yaradar.

Həkim Mahir Məmmədli də Sputnik Azərbaycan-a açıqlamasında bu qaydanın tətbiqini müsbət hesab etdiyini deyib: "Həkimlər artıq öz üzərində ciddi düşünəcəklər. Məqsədimiz insana xidmət etməkdir. Bunun tətbiqi pasientlərə olan diqqəti daha da artıracaq. Həkim pasientlərinə diqqətlidirsə, onların qayğısına qalırsa, həm də yaxşı qazanacaq".

"İstənilən halda bacarıqlı, qabiliyyətli mütəxəssislər bu zaman önə keçəcəklər. Zəif mütəxəssis öz üzərində işləməyə məcbur olacaq. Bu, çoxdan tətbiq edilməli idi. Dünya təcrübəsində bu, var. Vətəndaş üçün də rahat olacaq" — Məmmədli əlavə edib.

Qeyd edək ki, 2017-ci il yanvarın 1-dən Azərbaycanda ilk dəfə icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılıb. İlkin olaraq bu sistem Yevlax və Mingəçevirdə həyata keçirilir. Mingəçevir şəhərinin və Yevlax rayonundakı dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) Nazirlər Kabineti yanında İcbari Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərirlər.

Xəbər lenti
0