Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Hansı ölkədə insanlar nə qədər yatırlar

CC0 / AlexVan / womanYatmış qadın, arxiv şəkli
Yatmış qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda əhalinin yuxu rejimi Rusiyaya uyğundur

BAKI, 26 yan-Sputnik. Avstraliya və ABŞ alimləri hansı ölkədə insanların daha çox yatdığını müəyyən etmək üçün tədqiqat aparıblar. 

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, tədqiqatın nəticələrinə görə, dünyada ən çox yatan insanlar Argentina sakinləridir. Bu ölkədə orta hesabla sutkada 10 saat 16 dəqiqə yatırlar. 

Dünyada ən az Yaponiya sakinləri yatırlar. Gündoğan ölkədə gecə istirahətinin müddəti orta hesabla 7 saat 16 dəqiqədir. 

Alimlər hesab edirlər ki, yaponlar az yatırlar. Bunun səbəbi yüksək əməksevərlilik və onların dözümlü olmasıdır. 

Rusiyalılar 9 saat 20 dəqiqə yatırlar. Tədqiqatçılar bildirirlər ki, bu göstərici sutkalıq yuxu normasını keçir. Böyük adamların sutkalıq yuxu norması 8 saat hesab olunur. Rusiyada orta statistik sakin axşam saat 22:43-də yatır və səhər saat 07:54-də durur. 

Yuxusuzluq - Sputnik Azərbaycan
SƏHİYYƏ
Yuxusuzluq beynin fəaliyyətini pozur

Amerikalılarda orta yuxu həddi 8 saat 31 dəqiqədir. Avropalılar isə Cənubi Koreya sakinləri ilə eyni qədər yatırlar. Avropada yuxu müddəti 8 saat 55 dəqiqədir, Cənubi Koreyada isə 8 saat 57 dəqiqə. 

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, tədqiqatın aparıldığı 6 il ərzində Avropada yuxunun müddəti azalıb, Şərqi Asiyada isə artıb. Şimali Amerikada isə yuxu rejimi ümumiyyətlə dəyişməyib. 

Bu rəqəmləri tədqiqatçılar 2006-2012-ci illər ərzində apardıqları tədqiqat zamanı əldə ediblər. Bu məlumatlar internetdə fəal olan 645 şəhərin sakinləri haqqında toplanan informasiyalar əsasında qeydə alınıb. 

Alimlər müşahidə ediblər ki, həmin şəhərlərdə insanlar səhər saat neçədə internet şəbəkəsində peyda olurlar və axşam saat neçədə oradan çıxırlar. Odur ki, onların qiymətləndirməsi dəqiq yox, nisbətdə hesablanıb. 

Qeyd edək ki, Azərbaycanda əhalinin yuxu rejimi Rusiyaya uyğundur. Dövlət Statistika Komitəsinin saytında yer alan “Əhalinin gündəlik vaxt sərfi” barədə məlumata görə, ölkəmizdə qadınlar orta hesabla 9 saat 25 dəqiqə, kişilər isə 9 saat 40 dəqiqə özünə qulluq və yatmağa vaxt sərf edirlər.  

Gənclər arasında isə bu göstərici kəndlərdə 9 saat 14 dəqiqə, şəhərdə isə 9 saat 28 dəqiqədir. 

Xəbər lenti
0