15:43 23 Fevral 2017
Canlı yayım
Çay və qəhvə

Soyuqdəymə zamanı bu içkilərdən uzaq durun!

© pixabay / Line-tOodLinGfc
SƏHİYYƏ
Qısa URL
388 0 0

Bədənin hərarəti qalxdıqda orqanizm hərarəti salmaq üçün qoruyucu mexanizmi olan tərləməni işə salır

BAKI, 11 yan — Sputnik. Soyuqdəymə və qrip zamanı mayenin düzgün qəbulu sağalmanı tezləşdirir, xəstənin vəziyyətini yüngülləşdirir. Amma iştah olmadıqda zorla qida qəbul etmək tövsiyə olunmur. Bu zəifləmiş orqanizmi artıq yükləyir, xəstəliklə mübarizə aparmağa mane olur. Sputnik bu barədə saglamolun.az-a istinadən xəbər verir.

Mayenin qəbulu nə üçün bu qədər önəmlidir?

Bədənin hərarəti qalxdıqda orqanizm hərarəti salmaq üçün qoruyucu mexanizm olan tərləməni işə salır. Güclü tərləmə nəticəsində orqanizmdə susuzlaşma inkişaf edir. Susuzlaşma insanın bütün orqan və sistemləri üçün çox ziyanlıdır. Bu səbəbdən xəstə daim maye itkisini bərpa etməlidir.

Digər tərəfdən, maye xəstəlik zamanı orqanizmdə əmələ gələn toksinlərin çıxmasını sürətləndirir ki, nəticədə xəstənin vəziyyəti yüngülləşir və xəstəlik daha tez keçir. Xəstəlik zamanı burun, boğaz, nəfəs yollarının selikli qişalarının daim nəm olması çox vacibdir. Selikli qişalar immun sisteminin "ön cəbhəsidir". Selikli qişalara düşən virus və mikroblar burada məhv olur. Susuzlaşma zamanı selikli qişalar normal fəaliyyət göstərə bilmir və bu da sağalmanı ləngidir.

Nə içmək lazımdır?

Maye ilıq (nə soyuq, nə də isti) və bir qədər turş olmalıdır. Şirin içkilər (şirələr və s.) qəbul etmək tövsiyə edilmir. Sübut olunub ki, şəkər immun sistemini zəiflədir. Bu isə xəstəlik zamanı xüsusilə ziyanlıdır.

Çay, qəhvə, bir çox ot çayları və spirtli içkilərin qəbulu da yolverilməzdir. Onlar sidikqovucu təsirə malikdir və susuzlaşmanı daha da artırır.

Beləliklə, soyuqdəymə və qrip zamanı bunları içə bilərsiniz: limon və ya portağal suyu əlavə olunmuş adi su, mineral sular (müalicəvi sular istisna olmaqla), itburnu dəmləməsi, balla zəncəfil çayı, zoğal və ya moruq mürəbbəsi əlavə olunmuş ilıq su.

Əlaqədar

Soyuqdəyməni yox edən 10 təbii üsul
21-ci əsrin xəstəliyi: onlar illüziya ilə reallığı ayıra bilmirlər
Ən hiyləgər xəstəlik: hər il 7,7 milyon insanın canını alır
Ataları siqaret çəkən uşaqlarda bu xəstəlik yaranır
Bölgələrdən paytaxta xəstə göndərilməsi halları azalıb
Teqlər:
maye, soyuqdəymə, susuzluq, su, qida, qrip, xəstə, içki, orqanizm