15:40 23 Fevral 2017
Canlı yayım
Boyarışnik (Yemişan) cövhəri

Bakı apteklərində satılan məhlul 26 nəfərin həyatına son qoydu

© Foto: Viktor Gilitsky / www.kp.by
SƏHİYYƏ
Qısa URL
236611

Apteklərdə Rusiya istehsalı olan kabus dolaşır. İki mindən artıq dərman vasitəsi qanunsuz dövriyyədən çıxarılıb.

BAKI, 19 dek — Sputnik. Rusiyanın hüquq-mühafizə və səhiyyə orqanları ölkə ərazisində və yaxın xaricdə yayılan "Boyarışnik" (Yemişan) cövhəri ilə bağlı həyəcan təbili çalıb. Belə ki, hazırda İrkutskda "Boyarışnik" cövhərindən zəhərlənənlərin sayı durmadan artır.

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Lenin rayonunun prokuroru Stanislav Zubovski bildirib. "Vəfat etmiş 26 nəfərdən 6-sının meyiti Novo-Leninodan tapılıb: ikisi kollektordan, 4-ü isə mənzildən. Şəhərdə "Boyarışnik"in satıldığı 100-dən artıq nöqtə aşkarlanıb", — deyə prokuror bildirib.

Onun sözlərinə görə, asayiş keşikçiləri artıq bu zəhərli dərmanın yayımı ilə məşğul olan iki nəfəri saxlayıblar. İki mindən artıq dərman vasitəsi qanunsuz dövriyyədən çıxarılıb.

"Hazırda müstəntiqlər polis əməkdaşları ilə birlikdə sözügedən məhlulun yayıldığı, haqqında ilkin məlumatların əldə olunduğu ticarət mərkəzlərində axtarışlar aparırlar. Bu spirtli məhlulun hazırlandığı 100-də çox yer aşkarlanıb", — deyə Rusiya Federasiyasının İstintaq Komitəsinin məlumatında bildirilir.

Hazırda bütün aidiyyəti qurumlar baş vermiş hadisə ilə bağlı tədqiqat aparır. Daha əvvəl mütəxəssislər bu spirtli məhlulu analiz ediblər və onun tərkibində metanol aşkarlayıblar.

Qeyd edək ki, Rusiya istehsalı olan "Yemişan cövhəri" Azərbaycan apteklərində də satılır.

Əlaqədar

Bakı apteklərində modern keyfiyyətsiz preparat
Apteklərdə dəhşətli mənzərə: "Utandığımdan üzlərinə baxa bilmədim"
Apteklərdə hələ də qadağan olunmuş dərmanlar satılır
Apteklərdə reyd keçirilib, çoxlu qanunsuzluqlar aşkarlanıb
Apteklərdə dərmanları niyə tapa bilmirik?
Teqlər:
məhlul, cövhər, yemişan, "Boyarışnik", səhiyyə, aptek, Rusiya