22:16 18 Oktyabr 2017
Canlı yayım
Elmi təcrübə, arxiv şəkli

Ölümsüzlüyün sirri çözülür

© Foto: PUBLIC DOMAIN
SƏHİYYƏ
Qısa URL
128 0 0

Amerikalı alimlər cavanlıq iksirini tapıblar

BAKI, 18 dek — Sputnik. Əfsanəyə görə, Böyük İsgəndər ömrünün sonuna qədər dirilik suyunu axtarsa da, onu tapa bilməyib. Tarixin gəlib-getmiş çox böyük sərkərdələri ölümsüzlüyün, gənc qalmağın və uzunömürlülüyün sirlərini axtarıblar. Rəvayətə görə, Makedoniyalı Ptolemeylər sülaləsindən olan Misirin sonuncu çariçası Kleopatra ölümsüzlüyün sirrini tapmışdı, amma məğlubiyyət nəticəsində intihar etmək məcburiyyətində qalmışdı.

Odur ki, dünya əsrlərdir qocalığa və ölümə çarə axtarır. Amma deyəsən, bu axtarışlara amerikalı alimlər son qoyacaqlar. Çünki elm 10 il müddətində qocalığın qarşısını almaq iqtidarında olacaq. Alimlər artıq heyvanlar üzərində apardıqları təcrübə nəticəsində bunu təsdiqləyiblər.

Sputnik-in məlumatına görə bu barədə "The Telegraph" nəşri yazıb. ABŞ-ın Kaliforniya ştatındakı Salk İnstitutunun alimləri yaşlı hüceyrləri onların rüşeym formasına qaytaran yeni üsul hazırlayıblar. Siçanlar üzərində aparılan bu eksperiment göstərib ki, qocalmanı nəinki dayandırmaq olar, hətta onu geriyə döndərmək də mümkündür.

Təcrübə zamanı siçanlar cavan qalıblar, həmçinin onların yaşama müddəti 30 faiz uzanıb. Alimlərin qeydinə görə, bu üsul ana bətnində inkişaf zamanı fəal olan genlərin stimullaşdırılmasını da xüsusi olaraq nəzərdə tutur. Eyni zamanda bu üsulla laboratoriya şəraitində insan dərisinin hüceyrələrini də cavanlaşdırmaq mümkündür.

Elm adamları sözügedən genlərin təsirini imitasiya edən dərman preparatlarının qocalma prosesini nəinki dayandıracağına, hətta zamanı geri döndərəcəyinə ümid edirlər. Yeni metodun insan üzərində təcrübədən keçirilməsinə 10 il ərzində başlanacaq.

"Bu tədiqiqat göstərir ki, qocalma yalnız bir istiqamətdə getmir. Düşünülmüş modulyasiya üsulu ilə qocalma prosesi geri döndərilə bilər", — deyə Salk İnstitutnunun genetika alimi, doktor Xuan Karlos İzpusia Belmont (Juan Carlos Izpisua Belmonte) bildirib.

"Təbii ki, siçanlardan fərqli olaraq insanların cavanlaşdırılması prosesi daha mürəkkəb olacaq. Lakin önəmli olan, bunun mümkünlüyünü təsdiqləməkdir", — ekspert əlavə edib.

"The Telegraph"a görə, alimlər indiyə qədər ümumi adı "Yamanka faktoru" olan dörd geni tanıyırdılar. Bilirdilər ki, bu genlər yaşlı hüceyrəni təkrar gövdə hüceyrəsi halına qaytara bilir. Alimlərin yeganə narahatlığı o idi ki, bu prosesə start vermək başqa orqanların hüceyrələrini dağıda, hətta xərçəng xəstəliyinə səbəb ola bilər. İndi isə ABŞ alimləri rahatdırlar ki, təcrübə zamanı ehtiyat edilən ziyanlı prosesin baş vermədiyi aydınlaşıb.

Təcrübə zamanı erkən qocalma xəstəliyi olan siçanlar cavanlaşıblar, onların ömürü isə 30 faiz uzanıb. Alimlər inanırlar ki, bu metodun tətbiq edildiyi insanlar 100 ildən çox yaşayacaqlar.

Tədqiqat nəticəsində o da məlum olub ki, sözügedən metod nəinki müxtəlif orqanları zədələmir, əksinə zədələrin daha sürətlə sağalmasına imkan verir. Deməli, insanlar daha uzun müddətdə sağlam qala biləcəklər və qocalıqla bağlı xəstəliklərin qarşısı alınacaq.

Əlaqədar

Beşikdən başlayan əzablı ömür
Qızının ölümü onun həyatını alt-üst etdi
Ölüdən və ölümdən qorxanların nəzərinə
Ölüm acısını unutmaq üçün əcaib üsul
Teqlər:
cavan, təcrübə, hüceyrə, qocalıq, ömür, siçan, ölüm, alim, insan

Əsas mövzular