Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

SPİD-in qurbanı olan məşhurlar - inanılmazdır!

© Sputnik / Murad OrujovPark Bulvar ticarət mərkəzində keçirilən Stop ADS aksiyası
Park Bulvar ticarət mərkəzində keçirilən Stop ADS aksiyası - Sputnik Azərbaycan
Abunə olmaq
O, kimsəyə acımadan, təkcə sadə insanları deyil, varlıları və məşhurları da öz qurbanına çevirir

BAKI, 1 dek — Sputnik. Bütün dünyada 1 dekabr, "XX əsrin taunu" adlandırılan QİÇS-lə (SPİD) Beynəlxalq Mübarizə Günüdür. O, kimsəyə acımadan, təkcə sadə insanları deyil, varlıları və məşhurları da öz qurbanına çevirib. Sputnik bu xəstəlikdən həlak olan məşhurlar barədə yazısını təqdim edir.

SPİD-dən ölən ilk məşhur, Devid Bouinin işləri ilə tanınan Amerikanın avanqard ifaçısı Klaus Nomi olub. O, 6 avqust 1983-cü ildə vəfat edib.

© FB / WorshipKlaus Nomi
Klaus Nomi - Sputnik Azərbaycan
Klaus Nomi

SPİD-dən ölən ən məşhur ulduz, Queen qrupunun əfsanəvi vokalçısı Freddi Merkuri olub. O, öz xəstəliyini rəsmən 23 noyabr 1991-ci ildə, ölümündən 1 gün əvvəl bəyan edib.

© Photo : FB / Freddi Merkuri
Freddi Merkuri - Sputnik Azərbaycan
Freddi Merkuri

İsrailli müğənni və aktrisa Orfa Xaza 23 fevral 2000-ci ildə SPİD-dən ölüb. O, iki dəfə möcüzə nəticəsində ölümdən qaça bilib. Bu, ilk dəfə 1987-ci ildə baş verib. Onun ölkənin cənubundakı hərbi bazalardan birində verdiyi konsertdən qayıdarkən mindiyi İsrail HHQ-nə məxsus təyyarə qəzaya uğrayıb. Müğənni yüngül zədə ilə ölümdən qurtarıb. İkinci dəfə isə, 1994-cü ildə onun təyyarəsini ildırım vurub, amma təyyarə uğurlu eniş edə bilib. Üçüncü dəfə möcüzəvi xilas baş verməyib.

Məşhur yazıçı-fantast, "Mən robotam", "İki yüz yaşlı adam", "Dəyişiklik küləkləri" və digər kitabların müəllifi Ayzek Azimov 1983-cü ildə ürəyində cərrahiyyə əməliyyatı keçirilərkən, donorun qanından yoluxub. O, öz xəstəliyindən, təsadüfən təkrar əməliyyata girmək üçün baxış keçirilərkən xəbər tutub. Ayzek Azimov 6 aprel 1992-ci ildə 72 yaşında vəfat edib.

© FB / Isaac AsimovAyzek Azimov
Ayzek Azimov - Sputnik Azərbaycan
Ayzek Azimov

"Göylərin imkan verdiyi hər şey" və "Məftunedici aldanma" rolları ilə məşhurlaşan amerikalı aktyor Rok Hadson da SPİD-dən ölüb. O, 2 oktyabr 1985-ci ildə yuxudaykən vəfat edib. 17 il ərzində Hadson öz partnyoru Tom Klarkla yaşayıb.

Dünya şöhrətli rejissor Alfred Hiçkokun çəkdiyi "Psixo" filminin ulduzu, "Oskar" mükafatına bir neçə dəfə namizədliyi irəli sürülmüş Entoni Perkins SPİD olub və 60 yaşında sətəlcəmdən ölüb. Yeri gəlmişkən, onun həyat yoldaşı Berri Berenson 11 sentyabr 2001-ci ildə Nyu-Yorkda baş vermiş terror aktı nəticəsində vəfat edib. O, Bostondan Los Ancelesə uçan və Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılaraq partlayan AA-11 təyyarə reysinin sərnişini olub.

Əfsanəvi italyan modelyeri Franko Moskino 1994-cü ildə SPİD-dən ölüb. Hətta modelyerin ölümündən sonra da Moschino brendi uğurlu kommersiya nişanı olaraq qalır.

SPİD diaqnozu böyük rəqqas Rudolf Nuriyevə də qoyulub. VİÇ infeksiyasını tapan həkimlər müəyyən ediblər ki, Nuriyev 4 ildir bu ölümcül virusun daşıyıcısıdır. 6 yanvar 1993-cü ildə Rudolf Nuriyev 54 yaşında həyatını itirib.

© Sputnik / V. Vonog / Mediabanka keçidRudolf Nuriyev
Rudolf Nuriyev - Sputnik Azərbaycan
Rudolf Nuriyev

BMT Baş Assambleyasının və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1988-ci ildə qəbul olunan qərara əsasən, 1 dekabr İmmun çatışmazlığı sindromu — HİV/SPİD-lə mübarizə günü kimi tarixə düşüb.

Xəbər lenti
0