Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bizi qoruyan mələk haqqında nə bilirik?

© Photo : parta4ok.ruMələk qanadı şəklində tatu
Mələk qanadı şəklində tatu - Sputnik Azərbaycan
Abunə olmaq
Kənar müdaxilə olanda, dərhal ona aid olan lazımı "qovluğu" açır və düşməni məhv etmək üçün lazım olan vasitələri işə salır

BAKI, 8 noy — Sputnik. Məlumdur ki, insanın immun sistemi bədəndə "əsgər" vəzifəsini yerinə yetirir. O, bədəni bir çox virus və mikroblardan qoruma funksiyasını üzərinə götürərək, onların dəridə hərəkət edərək müəyyən yolla insan bədəninə daxil olmasına mane olur. 

İmmun sistemi bədənə daxil olan yad cisimlər və infeksiyalarla mübarizə aparmaqla yanaşı, bədənin yaralardan tez bir zamanda sağalmasına kömək edir. Bütün bunlara baxmayaraq, biz hələ də bir möcüzə hesab edilən immun sistemimiz haqqında bəzi həqiqətlərdən xəbərsizik. Belə ki:

Kamillik - Sputnik Azərbaycan
İnsanlar üzərindəki eksperiment ilginc nəticələr ortaya çıxarıb

1. İmmun sisteminin əsası genetikadır

Bizim unikal olduğumuz artıq sirr deyil. İmmun hüceyrələri bütün toxuma və orqanlara nəzarət edərək "özümüzünkü" və "yad" olanları genetik səviyyədə müəyyən edir. Bu nəzarət ardıcıl davam edəndə bütün "yad" cismlər — viruslardan tutmuş xərçəng hüceyrələrinədək hamısı məhv olur.

2. İmmunitetin iki növü var: anadangəlmə və qazanılmış

Anadangəlmə (qeyri-spesifik, təbii) immunitet genetik olaraq hər bir bioloji canlı növünə mənsubdur və irsi olaraq nəsildən-nəslə ötürülür. Təbii immunitetin fəaliyyəti bir çox müxtəlif mexanizmlər hesabına təmin edilir.

Anadangəlmə immunitetdən fərqli olaraq qazanılmış immunitet daha qəlizdir. O, müxtəlif bakteriyalarla olan hər bir görüşü "yadında saxlayır" və onların hər biri üçün sanki ayrıca bir "qovluq" açaraq, orada həm həmin düşmən-mikrob haqqında, həm də onun məhv edilməsi yolları barədə ən dəqiq məlumatları toplayır. Nəticədə, əgər həmin düşmən yenidən orqanizmə daxil olursa, immun sistemi dərhal ona aid olan lazımı "qovluğu" açır, daha sonra isə bu düşməni məhv etmək üçün lazım olan maddələri və vasitələri işə salır. Bu yolla immunoloji yaddaş formalaşmış olur. Qazanılmış immunitet insanın həyatı boyu formalaşır və irsi olaraq növbəti nəslə ötürülmür.

Tut ağacı - Sputnik Azərbaycan
SƏHİYYƏ
İnsan orqanizmi üçün çox faydalı 6 bitki

3. Fizioloji immun çatışmazlığı

Bu söz birləşməsi vahimə yarada bilər. Əslində isə bu, hamının rastlaşdığı bir haldır. Bu, orqanizmin infeksiyalara daha həssas olduğu həyat dövrləridir:

— anadan olandan altı yaşadək, yəni immunitetin formalaşdığı zamanadək.
— 12-13 yaşlı uşaqlar. Bu yaşda baş verən hormonal dəyişikliklər immun sisteminə də təsitr edir.
— hamilə qadınların immun çatışmazlığı — hamiləlik zamanı tələb olunur.
— 65 yaşdan yuxarı insanlar — maddələr mübadiləsinin zəifləməsi səbəbindən fiziolojı immun çatışmazlığı yaranır.

4. İmmun hüceyrələrinin yaddaşı var

Əslində limfositlər rastlaşdığı infeksiyaları yadda saxlayırlar. Bu xüsusiyyətin sayəsində biz ikinci dəfə suçiçəyi ilə xəstələnmirik və bu, ömürlük immunitet adlanır. Bundan başqa, peyvənd də məhz bu xüsusiyyətə əsaslanır.

5. Allergiya 21-ci əsrin ən sürətli yayılan xəstəliklərindən biridir

Allergiya — orqanizmin allergen adlanan, ətraf mühitdəki bəzi faktorlara (kimyəvi maddələrə, mikroblara, qida məhsullarına və s.) qarşı yüksək həssaslığıdır. Allergiyanın formalaşması nəsillik və ətraf mühitin dəyişikliyi ilə bağlı olduğu üçün 20-21-ci əsrlərdə bu xəstəlik daha çox yayılıb. Artıq hesablanıb ki, hər bir şəhər sakini sutka ərzində 1-2 xörək qaşığı toz udur, hansı ki, tərkibindəki zəhərli maddələrlə birlikdə ömürlük onun ciyərlərində qalır.

Kitab oxumaq - Sputnik Azərbaycan
CƏMİYYƏT
Alimlər kitab oxumağın beş faydasını açıqladılar

6. İmmunitet öz hüceyrələrindən də qoruyur

İmmun sistemi bizi tək infeksiyalardan deyil, həm də özündən qoruyur. Limfositlərin yalnız 5%-i hərtərəfli seçimdən keçir, qalan 95%-i isə məhv olur. Bunun əsas səbəbi odur ki, limfositlər yalnız yad cismlərlə mübarizə aparmalıdır. Bu əhəmiyyətli tənzimləmə avtoimmun xəstəliklərin yaranmasının qarşısını alır.

7. Hamiləlik immunitet sayəsində mümkündür

Biz immun hüceyrələrinin orqanizmə nəzarət etdiyini və "yad" cismlərlə mübarizə apardığını artıq bilirik. Lakin bu qaydanın da öz istisnası var — hamiləlik. Uşaq 50% anadan və 50% atadan təşkil olunur. Bu isə o deməkdir ki, ana üçün o, "yad" olacaq. Lakin immun sistemi bu qədər sadə deyil — o, öz qaydalarını pozur. Bundan əlavə, immun sistemi aqressiv amilləri azaldaraq doğuşa qədər dölü qoruyur.

8. İlkin immun çatışmazlığı

Dünyada 1:10 000 tezliyi ilə immun sistemi işləməyən uşaqlar doğulur. Onların infeksiyalarla mübarizə apara bilməməsi xəstəliyini ilkin immun çatışmazlığı adlandırırlar. Lakin onlara sümük iliyi nəqli ilə kömək etmək olur. Donor hüceyrələri qoruyucu funksiyaları öz üzərinə götürərək ona böyüməyə və həyatdan həzz almağa imkan verir.

Xəbər lenti
0