Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Artıq çəkidən xilas olmağın ən asan yolu tapıldı

© AFP 2023 / FRED DUFOURİdman zalında məşg edən insanlar
İdman zalında məşg edən insanlar - Sputnik Azərbaycan
Abunə olmaq
Həkimsiz, dərmansız, dietasız və heç bir xərc çəkmədən arıqlamaq istəyənlər bu xəbəri qaçırmasın

BAKI, 7 noy — Sputnik. ABŞ-da alimlər artıq kilolardan xilas olmağın ən asan üsulunu tapıblar. Koloradonun İctimai Səhiyyə Məktəbinin mütəxəssisləri bununla bağlı tədqiqat aparıblar. Sputnik xarici mətbuata istinadən xəbər verir ki, onların tədqiqatının əsasını aktiv həyat tərzinin təmin olunması təşkil edib.

Kök adam - Sputnik Azərbaycan
SƏHİYYƏ
Artıq çəki beyinə necə zərər verirmiş...

Alimlər yüzlərlə könüllü üzərində eksperiment keçiriblər. Eksperimentdə iştirak edənlərin bir hissəsi piylənmədən əziyyət çəkənlər, bir hissəsi normal çəkiyə sahib olanlar, bir hissəsi isə artıq çəkidən azad olaraq çəkisini normada saxlayanlar olub. Tədqiqatda iştirak edənlərin hamısını — həm bütün vaxtını oturaraq keçirənləri, həm uzananları, həm də hərəkət edənləri davamlı olaraq müşahidə ediblər.

Nəticədə məlum olub ki, arıqlayan və çəkisini normada saxlamağı bacaran könüllülərin hamısı aktiv həyat tərzi keçirirlər. Amma gününü oturaq həyat tərzi ilə, ya da uzanaraq keçirənlər isə piylənməyə davam edirlər.

Mütəxəssislər piylənənləri gündə 12 min addım, normal çəkisi olanları 9 min, çəki atmışları isə 7 min addım yeriməyə cəlb ediblər. Nəticədə piylənənlər xeyli çəki atıblar, normallar və arıqlamışlar isə təkrar çəki yığmayıblar. İkincilərin yenidən artıq çəki yığmamasını isə onların gündəlik fiziki hərəkətləri təmin edib.

Kök adam - Sputnik Azərbaycan
Piylənmə bəlasının çarəsi tapıldı

Beləliklə, mütəxəssislər o qənaətə gəliblər ki, piylənən insanlar gün ərzində digərlərinə nisbətən daha çox hərəkətdə olmalıdırlar. Onları piyləndirən yedikləri qidalar deyil, keçirdikləri oturaq və hərəkətsiz həyat tərzidir. Alimlərin fikrincə, oturaq işi olanlar gündə bir necə dəfə ayağa durmalı, yüngül fiziki hərəkətlər etməli, oturduqları yerdə bir neçə dəfə əyilib-durmalı, işdən sonra piyada xeyli məsafə qət etməyə çalışmalıdırlar.

Eksperimentlərdən gəlinin nəticə odur ki, hərəkətli həyat tərzi artıq çəkidən azad olmağa və təkrara çəki yığmamağa səbəb olur. Piylənmədən əziyyət çəkənlər dietasız, dərmansız, həkimsiz, ağır tapşırıqları yerinə yetirmədən çəkidən azad ola bilərlər.

Onlar, sadəcə hərəkətə başladıqdan sonra ilk günlər əzələlərində, ətraflarında hiss etdikləri ağrıya dözməyi bacarmalıdırlar. Sonrakı günlər isə o ağrı özbaşına yox olacaq, əvəzində isə sağlam və normal bədən quruluğuna sahib olacaqlar.

Xəbər lenti
0