Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Yeməkdən sonra dərhal yatmaq, görün hansı fəsadlara səbəb olur

Yuxu
Yuxu - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlər yeməkdən sonra bir qədər gəzməyi tövsiyə edirlər

BAKI, 7 noy — Sputnik. Əksər insanlar yeməkdən dərhal sonra uzanmağın və yatmağın doğru olmadığını deyirlər. Lakin bunun səbəbləri bir çoxlarımız üçün dəqiq məlum deyil.

Həkimlər xəbərdarlıq edirlər ki, yeməkdən dərhal sonra uzanan və ya yatan insanda bəzi pozulmaların inkişafı riski xeyli artır. Sputnik bu barədə saglamolun.az-a istinadən məlumat verir. Beləliklə:

Qarpız. Arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Hamilələrə qarpız yemək olarmı?

1. Yeməkdən dərhal sonra uzanmaq və ya yatmaq ezofagit xəstəliyinin riskini artırır. İnsan uzandıqda mədədə olan turş kütlənin bir hissəsi geriyə — qida borusuna düşə bilər. Əgər bu hal tez-tez təkrarlanarsa, bu, qida borusunun divarlarının iltihabına, divarlarda xoraların əmələ gəlməsinə səbəb olur. Qida borusunun iltihabı "ezofagit" adlanır. Ezofagit çox ciddi pozulma sayılır. Uzun müddət ərzində mövcud olan, müalicə olunmayan ezofagitin fonunda qida borusu xərçəngi inkişaf edə bilər.

2. Elmi araşdırmalar göstərib ki, yeməkdən sonra yatan insanda şəkərli diabet xəstliyinin riski artır.

3. Yeməkdən sonra yatan insanda piylənmənin riski artmış olur. Yuxu zamanı mübadilə proseləri ləngiyir və bu da bədən çəkinsinin artmasına gətirib çıxardır.

4. Yeməkdən dərhal sonra yatan insanların qanında xolesterinin səviyyəsi artır. Xolesterinin səviyyəsinin artması ürək-damar sisteminə çox mənfi təsir edir, insult və infarktın riskini artırır.

Alimlər yeməkdən sonra bir qədər gəzməyi tövsiyə edirlər.

Xəbər lenti
0