06:03 18 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Bakıdakı bazarlardan birində kartof satışı, arxiv şəkli

Kartof pəhrizinin bilmədiyiniz faydaları

© Sputnik / Murad Orujov
SƏHİYYƏ
Qısa URL
19410

Bu reseptə əməl edənlər çəkilərinin aşağı düşdüyünü görəcəklər.

BAKI, 31 okt-Sputnik. Gündəlik qida rasionumuzda önəmli yerlərdən birini tutan kartofu adi tərəvəz kimi qəbul etməyin. Onun insan orqanizminə çox sayda faydası var. 

Kartof badımcançiçəklilər fəsiləsinin Solanum cinsindən çoxillik bitki növüdür. Əsasən, Cənubi və Mərkəzi Amerikada bitən 200-dək yabanı və mədəni növü məlumdur. Mədəni halda 2 növü – geniş yayılmış Çili kartofu və And kartofu var. Çili kartofu 3-6 gövdədən ibarət, hündürlüyü 50-80 sm olan koldur. Yarpağı tək lələkvarı bölümlüdür. Kök yumrularının forması girdə, oval, uzunsov, ləti ağ, sarı, çəhrayı, qırmızı və göydür. Üzərində spiral istiqamətində 3-4 tumurcuğu olan gözcüklər yerləşir.

Kartofun tərkibində orta hesabla 76,3% su, 23,7% quru maddə, o cümlədən 17,5% nişasta, 0,5% şəkər, 1-2% zülal, 1%-dək mineral duzlar, C, B1, B2, B6, PP, K vitaminləri və karotinoidlər var. Xalq təbabətində kartof şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının, onikibarmaq bağırsağın müalicəsində də istifadə edilir. 

ОВОЩИ
© Sputnik / Aleksey Bushkin

1565-ci ildə kartof ilk dəfə İspaniyaya, XVII əsrin sonunda Rusiyaya, XVIII əsrin sonu XIX əsrin əvvəllərində Azərbaycana gətirilib. 

Təyinatına görə kartof – aşxana kartofu, texniki kartof, yem kartofu və universal kartof qruplarına bölünür. Aşxana sortlu kartofda nişastanın miqdarı 12-18%-dir. Yem kartofu zülal, texniki kartof isə nişasta ilə (20%-dən çox) zəngin olmalıdır.

Son zamanlara qədər kartof çəki artıran tərəvəzlərdən biri kimi qeyd edilirdi. Bunu onun nişasta ilə zəngin olması ilə əlaqələndirirdilər. Son vaxtlar kartof arıqlamağa kömək edən qidalardan biri hesab edilməyə başlayıb. 

Kartof bağırsağın təmizlənməsində mühüm rol oynadığı üçün, arıqlatmaq təsirinə malikdir. 

Sputnik ATV-yə istinadla arıqlamağa kömək edən kartof reseptini təqdim edir. Məlumata görə, bu reseptə əməl edənlər cəkilərinin aşağı düşdüyünü görəcəklər. 

I gün

Səhər yeməyi

1 qaynadılmış kartof, 1 stəkan qatıq

Nahar

2 qaynadılmış kartof, 1 stəkan qatıq 

Axşam

2 stəkan qatıq

II gün

Səhər

1 stəkan qatıq

Nahar

2 qaynadılmış kartof, 1 stəkan qatıq

Axşam

1 qaynadılmış kartof, 1 stəkan qatıq

III gün 

Səhər yeməyi

1 qaynadılmış kartof

Nahar

1 qaynadılmış kartof, 1 stəkan qatıq

Axşam

1 stəkan qatıq

Qeyd: Kartofa duz əlavə etməyin. Bu pəhrizi 2-3 aydan bir tətbiq edə bilərsiniz. Sizdə hər hansı xroniki xəstəliklər varsa, pəhrizdən istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.

Əsas mövzular