06:46 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
1355510

Daha körpələr beyin xərçəngindən ölməyəcək

BAKI, 26 okt — Sputnik. Böyük Britaniyanın Xərçəng Araşdırmaları İnstitutunda (ISR) çalışan alimlər uşaqlarda xərçəngin aqressiv forması ilə effektiv mübarizə metodunu tapıblar. Söhbət sürətlə inkişaf edən və müalicəsi çətin olan rabdoid (çubuqşəkilli, atipik və teratoid) beyincik şişlərindən gedir.

"The Guardian" nəşrinin yazdığına görə, tədqiqatçılar uşaqları diaqnoz qoyulandan sonra bir neçə ay ərzində öldürən bədxassəli çubuqşəkilli şişlərlə mübarizənin yeni üsullarını kəşf ediblər.

Hazırda xərçəngin nadir və məhvedici növlərinin effektiv müalicəsi yoxdur. Adətən bədxassəli şişlərin ilkin mərhələdə hər hansı nəzərə çarpan simptomları olmur. Buna görə də, xərçəng sürətlə digər orqanlara yayılır və ölümcül olur. Bu onkoloji xəstəlikdən əsasən körpələr və azyaşlı uşaqlar əziyyət çəkir.

Əvvəllər alimlər hesab edirdilər ki, beyincikdə peyda olan çubuqşəkilli şişləri mutasiyaya uğramış genlər törədirlər. Lakin indi alimlər bu sahədə sıçrayışa nail olublar. Onlar şişin sürətli artımına səbəb ola bilən və leykemiyanın (qan xərçəngi) müalicəsində istifadə olunan preparatların köməyi ilə onlara təzyiq göstərməyin mümkün olduğu iki geni (PDGFRA və FGFR1) müəyyənləşdiriblər.

Son məlumatlara görə, Böyük Britaniyada ildə 1700 uşaq 14 yaşa qədər, 2300 insan isə 14-20 yaş arasında beyin xərçənginin sözügedən növündən dünyasını dəyişir.

Əlaqədar

Bu içki 42 günə xərçəng xəstəliyini məhv edir
Bu itlər xərçəng xəstəliyini ilkin mərhələdə təyin edə bilirlər
Bu meyvəni yeyən insanlar heç vaxt xərçəngə tutulmurlar
Xərçəng şişini məhv edən nanorobot yaradılıb
İsrailli alimlərdən xərçəngə qarşı inqilabi metod
Xərçəng və qanqrenin yaranma səbəbləri sübut edildi
Teqlər:
xərçəng, uşaq, ISR, Xərçəng Araşdırmaları İnstitutu, Böyük Britaniya

Əsas mövzular