Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İmmunitetin artırılması üçün 6 müalicəvi bitki

© Flickr / katzenfinchExinaseya
Exinaseya - Sputnik Azərbaycan
Abunə olmaq
İmmuniteti daim normada saxlamaq lazımdır. Xüsusən soyuqların düşməsi, xroniki xəstəliklərin və qrip viruslarının tüğyan etdiyi bir dövrdə bu çox vacibdir.

BAKI, 25 okt — Sputnik. Bitkilərin yarpaqlarında, çiçəklərində və gövdəsində immun sistemini möhkəmlədən müxtəlif vitaminlər mövcuddur. Əsas onları düzgün seçə bilməkdir. Sputnik tanınmış gürcü bitki bilicisi Tengiz Maysuradze ilə söhbət edib. Maysuradze oxucular üçün 6 ən faydalı bitkini toplayıb. Onlar təkcə immunitetin artırılması üçün deyil, həm də sətəlcəm, qrip və bronxitlə mübarizə üçün də effektivdirlər. 

Biyan kökü – yuxarı nəfəs yollarının xəstəliyi zamanı öskürək əleyhinə gözəl vasitə, həmçinin onikibarmaq bağırsağın xorası zamanı və yüksək turşululuq dərəcəsi olan qastritin müalicəsində faydalıdır.

© Flickr / RobBiyan kökü
Biyan kökü - Sputnik Azərbaycan
Biyan kökü

Hazırlama və istifadə üsulu: bir xörək qaşığı üyüdülmüş biyan kökünün üzərinə 1 stəkan qaynar su tökün və orta temperaturda 10 dəqiqə qaynadın. Sonra soyudun, tənzifin arasında sıxın və bir xörək qaşığını gündə 4-5 dəfə qəbul edin. Əks-göstərişlər aşkarlanmayıb.

Cökə – soyuqdəymə, öskürək, boğaz ağrısı (angina), ağız boşluğunda soyuqlama zamanı istifadə olunur. Hazırlama və istifadə üsulu: 2 xörək qaşığı üyüdülmüş cökə çiçəyinin üstünə iki stəkan qaynar su tökərək 1 saat saxlamaq, sonra süzmək lazımdır. Onu gündə 2 dəfə 200 millilitr çay şəklində qəbul etmək lazımdır. Əks-göstərişlər aşkarlanmayıb.

© Flickr / FreePhotos4UCökə
Cökə - Sputnik Azərbaycan
Cökə

Exinaseya – immunitetin artırılması üçün istifadə olunur, sətəlcəmə qarşı effektiv vasitədir.

© Flickr / FromSandToGlassExinaseya
Exinaseya - Sputnik Azərbaycan
Exinaseya

Hazırlama və istifadə üsulu: 2 xörək qaşığı exinaseyanın üzərinə 0,5 litr qaynar su əlavə olunur. İki saat saxlanıldıqdan sonra süzülür. Gündə 200 millilitr çay şəklində qəbul etmək lazımdır, bal əlavə etmək olar. Əks-göstərişlər aşkarlanmayıb.

Qara qarağat — qastrit, mədə və 12 barmaq bağırsaq xorası, səsin batması, öskürək, sidik problemləri, sətəlcəm, böyrək və sidik kisəsində daşlar, həmçinin revmatizm zamanı istifadə olunur.

© Flickr / Andrey ZharkikhQara qarağat
Qara qarağat  - Sputnik Azərbaycan
Qara qarağat

Hazırlama və istifadə üsulu: bir çay qaşığı üyüdülmüş qara qarağatın üzərinə 1 çay stəkanı qaynar su tökün və 1-2 saat saxlayın. Gündə bir neçə dəfə xörək qaşığı ilə qəbul edin. Öskürək və ya batmış səs zamanı ona bal da əlavə etmək məsləhət görülür. Əks-göstərişlər aşkarlanmayıb.

Eleuterokokk – aktiv şəkildə təngnəfəslik, əsəb sisteminin pozğunluğu, xroniki şüa xəstəlikləri, aşağı qan təzyiqində istifadə olunur. Məhlul iş qabiliyyətini, əqli imkanları, iştahanı və orqanizmin gücünü artırır, yuxunu nizamlayır və əhval-ruhiyyəni qaldırır. İdmançıları ondan güc və enerjinin artırılması üçün istifadə edirlər.

© Sputnik / О. Журба / Mediabanka keçidEleuterokokk
Eleuterokokk - Sputnik Azərbaycan
Eleuterokokk

Hazırlama və istifadə üsulu: 50 qr üyüdülmüş gövdənin üzərinə 0,5 litr 40%-lik spirt əlavə edin və mütəmadi qarışdıraraq bir həftə saxlayın. Bir ay ərzində gündə 2-3 dəfə 1 çay qaşığı qəbul edin. Əks-göstərişlər aşkarlanmayıb. 

Adaçayı – yuxarı nəfəs yollarının xəstəliyi, burun-udlaq sətəlcəmi, irinli yaralar, stomatitin müalicəsi zamanı effektivdir.

© Flickr / Dagny MolAdaçayı
Adaçayı - Sputnik Azərbaycan
Adaçayı

Hazırlama və istifadə üsulu: iki xörək qaşığı üyüdülmüş adaçayının üzərinə 1 çay stəkanı qaynar su əlavə edin və 2 saat saxladıqdan sonra tənzifin arasına qoyub sıxın. Yeməkdən əvvəl gündə 3 dəfə 1/3 stəkan qəbul edin.

Hamiləlik, böyrəklərin soyuqlaması zamanı məsləhət deyil. Üç aydan artıq qəbul etmək olmaz, çünki  uzunmüddətli qəbul selikli qişanı qıcıqlandıra bilər. Çay şəklində həmçinin cökə, adaçayı və qara qarağatın qarışığını da içmək olar. O sətəlcəm, qrip və bronxit zamanı effektivdir.

Xəbər lenti
0