Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu qida əlavələri orta ömür müddətini 20 il artırıb

© Photo : GETTY IMAGESYemək süfrəsi. Arxiv şəkli
Yemək süfrəsi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər bioloji fəallığa malik qida əlavələrinin həkim reseptindən çıxarılmasını necə qəbul edirlər?

BAKI, 19 okt — Sputnik. Bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədi ilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədi ilə təyin olunan dərman vasitələrini əvəz etmir. Bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağandır.

Bunlar "Dərman vasitələri haqqında" qanuna edilən əlavədə öz əksini tapıb. Əlavə bildirilib ki, bioloji fəallığa malik qida əlavələrinin üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqlərində) aydın, seçilən, qalın hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuş "dərman vasitəsi deyildir" sözləri yazılmalıdır. Bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.

© Photo : Mahir Məmmədlinin şəxsi facebook səhifəsiMahir Məmmədli həkim-dermotoloq
Mahir Məmmədli həkim-dermotoloq  - Sputnik Azərbaycan
Mahir Məmmədli həkim-dermotoloq

Qeyd edək ki, bioloji fəallığa malik qida əlavələri qida rasionunu zənginləşdirmək məqsədi ilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullar hesab edilir.

Məsələni Sputnik-ə dəyərləndirən həkim Mahir Məmmədlinin sözlərinə görə, bioloji fəallığa malik qida əlavələri ənənəvi təbabətdə həmişə istifadə olunub: "Məsələn, Belarusun istehsal etdiyi ekstrakt valerian preparatı var, sakitləşdirici kimi istifadə olunur. Bioloji fəallığa malik qida əlavələri xaricdə, bir çox inkişaf etmiş ölkələrdə reseptsiz, hətta bəzi ərzaq mağazalarında satılır. Əslində bunlar dərman deyil. Qida əlavələri bir növ həyat tərzidir. Misal üçün, Yaponiyada, ABŞ-da reseptsiz vətəndaş gedib marketlərdən ala bilir. Onlara qeydiyyat da tələb olunmur. Sadəcə gigiyenik sertifikat tələb olunur. Necə ki, qida məhsullarına gigiyenik sertifikat tələb olunur, qida əlavələri də o şəkildə istifadə olunur".

"Bu da ailə həkimi, yaxud ailənin tanıdığı, güvəndiyi həkimin məsləhəti ilə olar. Tutaq ki, bəzi insanlarda qurd xəstəliklərinə meyllilik olanda, tərkibində qara qoz, sarımsaq olan qida əlavələri təyin olunur. Bəzilərində yuxusuzluq, əsəb gərginliyi olanda pişikotu (valerian) təyin edilir", — həkim bildirib.

M. Məmmədlinin dediyinə görə, qida əlavələri ən çox ABŞ-da, Yaponiyada, inkişaf etmiş ölkələrdə istifadə olunur: "Ötən əsrin 60-70-ci illərindən ABŞ-da qida əlavələrindən istifadə faizi artıb. Yəni, maarifləndirmə gedib. Orta ömür 15-20 il artırıb. Yəni, insan tutaq ki, tərkibində cəfəri, sarımsaq olan qida əlavələrini daim qəbul edərsə, ürəyin işemik xəstəliyinə, mədə-bağırsaq xəstəliklərinə tutulma ehtimalı az olur. Məsələn, balıq yağı da qida əlavəsidir. Balıq yağı müxtəlif adlar altında istehsal olunur. Bunlar dərman deyil. Bizim həyat tərzimizdə olmalıdır".

Ekspert qeyd edib ki, qida əlavələrini reseptdən çıxarmaq onun təyinatını asanlaşdırmaq deməkdir: "İnsan bunun seçimində azaddır. İstəyərsə, qəbul edər, istəməzsə, etməz. Qida əlavələrini hər bir sağlam insan da qəbul etməlidir ki, xəstəliyin qarşısını alsın. Məsələn, Skandinaviya ölkələrində qış aylarında balıq yağı içirlər. Ümumiyyətlə, şimal ölkələrində balıq yağı çox qəbul edilməlidir".

© MeydanTVSəhiyyə eksperti Adil Qeybulla
Səhiyyə eksperti Adil Qeybulla - Sputnik Azərbaycan
Səhiyyə eksperti Adil Qeybulla

"Qida əlavələri, əslində müalicə deyil, insanın həyat tərzinin optimallaşdırılmasıdır. Bu, əslində xalq təbabətinin bir istiqamətidir. Yəni, alma sirkəsini qidaya əlavə etməklə bir çox ürək-damar xəstəliklərinin qarşısını almış oluruq, xolesterini tənzimləyirik. Ona görə də qida əlavəsinin resept formasında yazılmaması məntiqlidir. Bunu sadəcə olaraq azad seçim kimi vətəndaş gedib öz şikayətinə uyğun olaraq aptekdən, ya marketdən özü də ala bilər. Qida əlavələrini insan öz orqanizmində zəif cəhətlərini nəzərə almaqla ömür boyu istifadə etməlidir", — həkim vurğulayıb.

Tibb elmləri doktoru Adil Qeybulla da Sputnik-ə açıqlamasında deyib ki, qida əlavələri Ümumdünya Səhiyyə Təşkilatının dərman bitkiləri kateqoriyasına aiddir, dərman maddələri kateqoriyasına aid deyil: "Bunları müxtəlif firmalar Azərbaycanda və başqa ölkələrdə böyük biznesə çeviriblər. Amma bu, həkim təyinatı ilə olsa, daha yaxşı olar".

"Ümumdünya Səhiyyə Təşkilatının dərman maddələri reyestrində olmadığına görə, qida əlavələrinin tərkibi haqqında məlumat yalnız onların təlimatında var"-deyə o, qeyd edib.

Xəbər lenti
0