16:29 28 İyun 2017
Canlı yayım
Siqaret kötüyü

Ataları siqaret çəkən uşaqlarda bu xəstəlik yaranır

© zoneland.ru
SƏHİYYƏ
Qısa URL
3086 0 0

Uşağın yanında nə qədər çox siqaret çəkilsə, risk də bir o qədər də çox olur

BAKI, 4 okt — Sputnik. Norveçin Bergen Universitetinin alimləri araşdırmalar nəticəsində belə nəticəyə gəliblər ki, siqaret çəkən ataların uşaqlarında astma xəstəliyinin inkişafı riski, heç vaxt siqaret çəkməyən kişilərin uşaqları ilə müqayisədə bir neçə dəfə çoxdur. Keçmişdə siqaret çəkən, lakin uşaq dünyaya gələn zaman siqaretdən imtina edən kişilərin uşaqlarında da bu risk yüksək olur.

Sputnik saglamolun.az-a istinadən xəbər verir ki, ataları 15 yaşına kimi siqaret çəkməyə başlayan uşaqlarda astmaya xüsusilə tez-tez təsadüf edilir. Həmçinin uşaqlarda astmanın inkişafı riski atalarında siqaret çəkmək "stajı" ilə də əlaqəlidir. Bu "staj" nə qədər çoxdursa, risk də bir o qədər də çox olur.

Alimlərin fikirinə görə, siqaret çəkmək kişi spermasında pozulmalara səbəb olur ki, bu da gələcəkdə onun uşaqlarında astma xəstəliyinin riskinin artmasına səbəb olur.

Əlaqədar

Azərbaycanda siqaretlərin qiyməti növbəti dəfə qalxdı
Ölkədə siqaretin qiymətləri qaldırıldı
"Azərbaycanda təhlükəli siqaretlər satışa çıxarılıb"
Siqaret çəkməyə görə ölüm cəzasından xəbəriniz vardı?
Nazik siqaretlərin satışı qadağan oluna bilər
Külli miqdarda siqaretin Azərbaycana keçirilməsinin qarşısı alınıb
Marketlərdə ajiotaj: siqaret böhranı dərinləşir
Teqlər:
xəstəlik, astma, uşaq, ata, siqaret, araşdırma, alim, Bergen Universiteti, Norveç

Əsas mövzular