Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

BMT-dən dərmanlarla bağlı qorxunc açıqlama

© Report.azDərmanlar
Dərmanlar - Sputnik Azərbaycan
Abunə olmaq
BMT: Standart müalicə üsulları öz effektivliyini itirir, infeksiyaların sürətlə yayılması riski artır, dərmanlar mikroblara qarşı müqavimət göstərmək iqtidarında deyil.

BAKI, 18 sen-Sputnik. Bir çox bakteriya, parazit, virus və göbələklər antibiotiklərə, o cümlədən vərəm və malyariyaya qarşı dərman vasitələrinə davamlılıq göstərirlər. Nəticədə standart müalicə üsulları öz effektivliyini itirir, infeksiyanın sürətlə yayılması riski isə artır.

Sputnik-in məlumatına görə, bu barədə məlumat BMT-nin saytında yer alıb.

Məlumatda bildirilir ki, bu problem Dünya Səhiyyə Təşkilatının (DST) diqqət mərkəzindədir. Qurumun ekspertlərinin sözlərinə görə, mikroblar əleyhinə preparatlara davamlılıq səhiyyə sistemində ciddi təhlükədir. Bu, bir çox ölümcül təhlükəli infeksiyanın qarşısını almaq, müalicə etmək imkanlarını azaldır.

Məsələn, hər il dərmanlara davamlı olan 480 min vərəmə yeni yoluxma halı qeydə alınır. Bir çox hallarda malyariyaya və İİV/QİÇS-ə qarşı olan dərman preparatları artıq bu xəstəliklərə qarşı müqavimət göstərmir.

Sentyabrın 21-də BMT-nin mənzil-qərargahında Baş Assambleyanın mikroblar əleyhinə preparatlara davamlılıq probleminə həsr olunmuş yüksək səviyyəli iclası keçiriləcək.

Xəbər lenti
0