18:26 24 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Dərman qadağası konkret ölkələrə şamil edilmir

Dərman bazarında növbəti böhran başlayıb

Sputnik. Kamilla Əliyeva
SƏHİYYƏ
Qısa URL
446 0 0

Dolların məzənnəsinin sürətlə qalxması, xüsusilə "qara bazar"ın fəallaşması dərman firmalarını çıxılmaz vəziyyətə salıb

BAKI, 10 sen — Sputnik. Xarici valyuta ilə bağlı problemlərlə əlaqədar dərman şirkətləri Azərbaycan hökumətinə müraciət edib. Bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

E. Ağayev deyib ki, valyuta ilə bağlı problemlərin dərman qıtlığına yol açacağı ilə bağlı məsələ hər kəsi narahat edir: "Dərman şirkətləri baş nazirin müavini Əli Əhmədova müraciət edib. Bu müraciət Səhiyyə Nazirliyinə də göndərilib. Bu məsələ İqtisadiyyat Nazirliyini də çox narahat edir. Dünən Tarif Şurası ilə bu məsələni müzakirə etmişik. Çünki, bir çox dərman şirkəti, əhali Səhiyyə Nazirliyinə müraciət edir ki, dərman vasitələrinin çatışmazlığı yarana bilər".

Nazir müavini düşünür ki, bu məsələ tənzimlənəcək: "Çünki İqtisadiyyat Nazirliyi hökumətin, Mərkəzi Bankın qarşısında məsələ qaldırıb ki, bu məsələ tənzimlənsin. Əsas problem yaradan məsələ valyutanın müəyyən olunmuş marjadan — 4 faizdən yuxarı satılmasıdır. Bu səbəbdən şirkətlər işlərini tənzimləyə bilmir. Şirkət də maraqlıdır ki, gətirdiyi dərmandan müəyyən qədər vəsait qazansın. Bu məsələ mütləq tənzimlənəcək".

Maliyyə Bazarlarına Nəzarət Palatasının mövqeyi də dəyişməzdir — Banklar valyuta mübadiləsi əməliyyatları zamanı 4%-lik marja koridorunu pozmamalıdır.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov deyib. O bildirib ki, belə hallarla qarşılaşanlar MBNP-yə müraciət edə bilərlər: "Əgər bu kimi hallar varsa, həmin şirkətləri Palataya müraciət etməyə dəvət edirəm, biz bu faktları araşdırıb müvafiq tədbirlər görəcəyik. Lakin, bu, yalnız valyuta mübadiləsi əməliyyatlarına aiddir".

Qurum rəsmisi bildirib ki, bankların bank köçürməsi və bu kimi digər əməliyyatlar zamanı tarif siyasəti müştəri ilə bank arasındakı müqavilə əsasında tənzimlənir.

Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik-ə açıqlamasında deyib ki, dünənədək rəsmi valyuta satışı faktiki olaraq dayandırılmışdı: "Nəticədə təkcə dərman sektorunda deyil, bütövlükdə ölkədə fəaliyyət göstərən, xüsusilə də idxal ilə məşğul olan şirkətlər faktiki olaraq valyutanı "qara bazar"dan qeyri-rəsmi yollarla əldə etmək məcburiyyətində qalırdı".

Ekspert qeyd edib ki, belə bir şəraitdə "qara bazar"da məzənnə çox yüksək səviyyədə idi və hətta bəzi hallarda 2 manata qədər yüksəldi: "Burada artıq söhbət 15-20 faizdən gedirdi. Bu, sahibkar üçün qəbuledilməzdir. Çünki, məzənnənin ciddi dəyişikliyi, xüsusilə də dərman şirkətləri üçün problem yaradır. Ona görə ki, bu şirkətlər daha çox tənzimlənən qiymətlərlə satılan dərmanları ölkəyə gətirirlər. Belə ki, konkret olaraq Tarif Şurası satış qiymətini müəyyənləşdirir. Əgər şirkət bu gün o məhsulu baha qiymətə alsa, əldə etsə belə, müəyyənləşdirilmiş qiymətdən yuxarı sata bilmir. Sata bilmədiyi üçün öz itkilərini kompensasiya edə bilmir və yaxud özü üçün əlavə gəlir marjası yarada bilmir".

Эксперт-экономист Рашад Гасанов
© Photo : SİA IA
Эксперт-экономист Рашад Гасанов

"Bu səbəbdən də şirkətlər artıq zaman çərçivəsində məhsulların idxalında maraqlı olmur. Beləliklə də son nəticədə qıtlıq müşahidə olunmağa başlayır və xüsusilə də apteklərdə artıq demək olar ki, vitrinlər boşalmağa başlayıb", — R. Həsənov qeyd edib.

Onun sözlərinə görə, banklar tərəfindən valyutanın alışı və satışı 4 faizlik marja çərçivəsində həyata keçirilməlidir: "Amma məsələ ondan ibarətdir ki, banklar üçün qanunvericilikdə valyuta satışını mütləq həyata keçirməlisən, deyə bir tələb yoxdur. Yəni, bu, hər hansı bir formada iqtisadi qanunvericiliyə də uyğun deyil. Bankların öz öhdəlikləri var və bunu yerinə yetirmək məqsədilə məcburdur ki, hərraclara çıxarılan məhdud valyutanı öz ehtiyatları üçün saxlasınlar. Bu isə onları satışı dayandırmağa gətirib çıxardır. Problem buradadır. Yəni, bankların satışı dayandırması ilə bağlı qanunvericilikdə hər hansı bir məhdudiyyət və yaxud hər hansı bir limit yoxdur. Əslində olması da mümkün deyil".

Vəziyyətdən çıxış yoluna gəlincə, ekspert deyib ki, valyuta bazarlarını müəyyən qədər sabitləşdirmək olar: "Son hərraca 300 milyon dollar vəsait çıxarılıb. Bu, özü müəyyən qədər tələbin doydurulmasına müsbət təsir göstərir. Nəticədə də məzənnə artıq bir sutka ərzində ciddi şəkildə aşağı düşüb. Əgər 3-4 dəfə hərraclara 200-300 milyon dollar vəsait çıxarılacaqsa, bu, artıq bazarda tələbin doymasına və məzənnənin azalmasına gətirib çıxardar".

"Əsas çıxış yollarından biri hazırda Mərkəzi Bankın məhdud imkanları nəzərə alınaraq Neft Fondunun rezervlərinin bir qisminin mərhələli şəkildə ölkəyə gətirilməsi və valyuta bazarlarında sabitliyin təmin olunmasıdır. Əks halda yenə də şirkətlər "qara bazar"dan valyuta əldə etmək məcburiyyətində qalacaqlar. Burada isə məzənnə çox yüksək olacaq", — mütəxəssis vurğulayıb.

Əlaqədar

Azərbaycan İranla birlikdə dərman istehsal edəcək
Əlavə 2 minədək dərman yeni qiymətlərlə satılacaq
Dərman zavodu tikməyimiz nə vaxta qaldı?
Nazirlik: donuz qripi ilə bağlı lazımi dərman ehtiyatı yaradılıb
Həkimlər nikbindir: dərman qadağası böhrana səbəb olmayacaq
Teqlər:
Elsevər Ağayev, Rüfət Abbasov, Rəşad Həsənov, firma, dərman, xəstəlik

Əsas mövzular