15:50 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
32210

Reyno sindromu əksər hallarda qadınlarda inkişaf edir. Xəstəliyə əsasən 40 yaşından sonra təsadüf edilir. Bəzən xəstəlik hər hansı digər xəstəliyin simptomu kimi meydana çıxır.

BAKI, 24 avq — Sputnik. Reyno sindromu (və ya Reyno xəstəliyi) zamanı kiçik kapilyarlarda spazm (sıxılma) əmələ gəlir ki, nəticədə bu yerdə qan dövranı kəskin pozulur. Əsasən əllərdə olan kapilyarlar, bəzən isə çənə, dil, burun, qulaqlar, pəncələr kapilyarları zədələnir.

Osteosarkomadan zədələnmiş ayaq sümüyü
© Photo : UCLAN/Patrick Randolph-Quinney

Sputnik saglamolun.az-a istinadən xəbər verir ki, Reyno sindromu tutmaşəkilli xarakter daşıyır. Tutma zamanı zədələnmiş sahə (əsasən barmaqlar) soyuq olur, keyiyir, ağarır, daha sonra tədricən göyərir və ya qızarır, ağrı, ödem əmələ gəlir, həssaslıq azalır. Tutma 1 dəqiqədən bir neçə saata kimi davam edə bilər. Belə xəstələrin əlləri, hətta isti yay günlərində soyuq olur.

Reyno sindromu əksər hallarda qadınlarda inkişaf edir. Xəstəliyə əsasən 40 yaşından sonra təsadüf edilir. Bəzən xəstəlik hər hansı digər xəstəliyin simptomu kimi meydana çıxır. Bu halda buna "Reyno sindromu" deyilir. Xəstəlik müstəqil şəkildə inkişaf etdikdə onu "Reyno xəstəliyi" adlandırırlar.

Sindrom Reyno
© Photo : nedugamnet.ru
Sindrom Reyno

Xəstəliyin inkişafına əksər hallarda güclü soyuqlama təkan verir. Bəzən bunun səbəbi güclü emosional gərginlik və ya peşə faktorları (barmaqların tez-tez zədələnməsi, barmaqların həddən artıq yükləməsi və s.) səbəb ola bilər.

Reyno sindromu şəkərli diabet, qırmızı qurd eşənəyi, artrit, sklerodermiya, bəzi damar və qan və s. xəstəlikləri zamanı meydana çıxa bilər. Bəzi dərman preparatların qəbulu da Reyno sindromunun inkişafına təkan verə bilər. Həm Reyno sindromu, həm də Reyno xəstəliyi özünü eyni simptomlarla büruzə verir.

Xəstəlik mütləq müalicə olunmaldır. Əks halda zədələnmiş sahələrdə qan dövranının xroniki pozulması inkişaf edəcək. Bu isə qanqrena (toxumaların çürüməsi) və zədələnmiş sahənin amputasiyası ilə (kəsilməsi) nəticələnə bilər.

Xəstəliyin müalicəsi uzun illər ərzində davam edə bilər. Müalicə zamanı qan dövranını yaxşılaşdıran, qanı duruldan preparatlar və həmçinin fizioterapiya, massaj, psixoterapiya və s. istifadə olunur.

Əlaqədar

Çalışın, Türkiyədə xəstələnməyin...
Bizə adi görünən bu xəstəlik tibb elmi üçün sirr olaraq qalır
QİÇS Azərbaycanda təhlükəli xəstəliklər siyahısından çıxarılacaq?
Ölkədə dabaq xəstəliyinin yayılması ilə bağlı rəsmi açıqlama
Tanınmış şərhçidə xərçəng xəstəliyi aşkarlanıb
Teqlər:
əl, Reyno xəstəliyi, Reyno sindromu, müalicə, soyuq, xəstəlik

Əsas mövzular