07:21 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0227
  • EUR2.0665
SƏHİYYƏ
Qısa URL
13924104

İsrail alimləri bu qorxunc xəstəliklərin yaranma səbəbini tapdılar.

BAKI, 11 avq-Sputnik. Ağız boşluğundakı fuzobakteriyalar yoğun bağırsaqda bədxassəli şişin inkişafına şərait yarada bilər.

Sputnik-in məlumatına görə, bu barədə material "Cell Host & Microbe" jurnalında dərc edilib.

İsrail həkimləri sübut ediblər ki, mikroblar yoğun bağırsağın toxumalarına qanla keçir. Məsələ ondadır ki, fuzobakteriyalar sağlam toxumalara deyil, kolorektal şişlərə çökür. Sonra onlar fəal çoxalmağa başlayır ki, bu da onkoloji xəstəliklərin inkişafının sürətlənməsinə gətirib çıxarır.

Amerikalı və israilli tibb işçiləri siçanlar üzərində aparılan təcrübədən, habelə kolorektal xərçəng diaqnozu qoyulan insanların toxumalarının analiz edilməsindən sonra bu nəticəyə gəliblər.

Ağız boşluğunda yaşayan bakteriyalar yoğun bağırsaqda bədxassəli şişin yaranmasına gətirib çıxarır. Çünki bakteriyaların üstündəki Fap2 zülalı xərçəng hüceyrələrindəki Gal-GalNac kömürünü tanıyır. Odur ki, alimlər Fap2 zülalına və ya Gal-GalNac kömürünə qarşı preparat hazırlamağı planlaşdırırlar.

Bir qayda olaraq, fuzobakteriyalar insanın yuxarı tənəffüs yollarında yaşayır. Lakin bu mikrobların bəzi növləri şərti-patogen hesab edilir və immun çatışmazlığı zamanı ikincili qanqren və irinli-qanqrenli proseslər yarada bilər.

Əlaqədar

Xərçəng xəstəliyinə dair şok tapıntı
Bakıdakı dükanlarda xərçəng yaradan tomat pastaları satılır?
Tanınmış şərhçidə xərçəng xəstəliyi aşkarlanıb
Bu içki 45 min xərçəng xəstəsini sağaldıb
Cohanna Badviq: Xərçəng xəstəliyindən dərmansız 3 aya xilas olmaq mümkündür
Teqlər:
xərçəng, qanqren, İsrail, Cell Host & Microbe

Əsas mövzular