Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qoxusuz sarımsaq yetişdirilir

© Wikipedia / STRQara sarımsaq
Qara sarımsaq - Sputnik Azərbaycan
Abunə olmaq
Qara sarımsağın adi sarımsaqdan fərqli olaraq qoxusu olmur.

BAKI, 21 may — Sputnik. Qara sarımsağın tərkibində enerji, vitamin, zülal, mineral olması ilə yanaşı, sağlamlığımız baxımından faydalı olan 200-dən çox mürəkkəb tərkibə malikdir.

Sputnik milliyet-ə istinadla xəbər verir ki, bunu Türkiyənin tanınmış əczaçılarından olan Mehmet Müderrisoğlu deyib.

O, qara sarımsağın xərçəngdən tutmuş ürəyin sağlamlığına, immunitetetin güçləndirilməsindən dərinin sağlamlığına qədər bir çox faydaları olduğunu söyləyib.

Sarımsağın çox köhnə zamanlardan bəri şəfa və sağlamlıq qaynağı olaraq istifadə edildiyini söyləyən  Müderrisoğlu bildirib ki, Misir piramidalarının bir sirri də sarımsaqdır. Orada işçilərin güclənmək, xəstəliklərdən qorunmaq və yaralarını yaxşılaşdırmaq üçün sarımsaqda istifadə etdiyini bilirik.

O, deyib ki, qara sarımsağın adi sarımsaqdan fərqli olaraq qoxusu yoxdur.

Fermentasiya zamanı qara sarımsağın qida dəyəri artarkən dadındakı acılıq da itməkdədir. Qara sarımsaq yüksək nisbətdə antioksidan xüsusiyyətlərə də malikdir.

Müderrisoğlu qara sarımsağın ağ sarımsağa görə bakteriya, virus və göbələk qaynaqlı xəstəliklərə qarşı daha təsirli olduğunu qeyd edib.

Mədə və digər həzm sistemi xəstəliyi olanların çiy sarımsaq yeməməsini tövsiyə edən əczaçı sarımsağı çox istehlak etmənin mədə narahatlığı, qaz və allergiya kimi problemlərə səbəb ola biləcəyini söyləyib. 

Qara sarımsağın faydaları bunlardır: 

Xərcəng xəstəliyinə qarşı qoruyucudur, ürəyin sağlamlığını, qaraciyəri qoruyur, yaddaş pozğunluqları simptomlarını azaldır, təzyiqi tənzimləməyə kömək edir, yaşlanmanı gecikdirir, saç və dərinin sağlamlığını qoruyur, yorğunluğun qarşısını alır və s. 

Xəbər lenti
0