Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qaraciyər və öd xəstəliklərinin əvəzsiz dərmanı Azərbaycan çöllərində bitir

Abunə olmaq
Bu bitki ürək, oynaq xəstəlikləri, ateroskleroz, hepatit, öd daşı xəstəliyi, xolesistit (öd kisəsi iltihabı), kolit, babasil, mədə xorası, dəri xəstəlikləri, ginekoloji xəstəliklər, otit, düz bağırsaq çatları zamanı müalicəvi vasitə kimi istifadə olunur.

BAKI, 24 apr — Sputnik. Qanqal Azərbaycanda kifayət qədər geniş yayılmış bitkidir. Ölkəmizdə qanqalla bağlı çoxlu məsəllər, atalar sözləri var. Qanqal bahar fəslində bəzi bölgələrdə əhalinin sevimli yeməyidir. Onun şirəli özəyini böyükdən kiçiyə çox adam xoşlayır. Amma bilirsinizmi ki, qanqal həm də yaxşı müalicə vasitəsidir. Hələ 2000 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bu bitkidən qaraciyər xəstəliklərinin müalicəsində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qaraciyər xəstəlikləri zamanı tətbiq edirdilər.

XX əsrdə Almaniyanın Münxen Farmasevtika İnstitutunda qanqalın qaraciyərə pozitiv təsiri təsdiq olundu. Qanqal dünya farmasevtik sənayesində qaraciyərin fəaliyyətini yaxşılaşdıran müxtəlif dərman preparatlarının tərkibinə daxil edildi. Belə dərmanlar qaraciyər, öd kisəsi xəstəlikləri və pozulmaları zamanı təyin olunur.

Xalq təbabətində qanqal çox geniş istifadə olunur. Bu bitki ürək, oynaq xəstəlikləri, ateroskleroz, hepatit, öd daşı xəstəliyi, xolesistit (öd kisəsi iltihabı), kolit, babasil, mədə xorası, dəri xəstəlikləri, ginekoloji xəstəliklər, otit, düz bağırsaq çatları zamanı müalicəvi vasitə kimi istifadə olunur. Qanqaldan dəmləmə, yağ, müalicəvi toz hazırlayırlar. Qanqalın ən xeyirli hissəsi onun toxumlarıdır.

Qanqalın toxumları yığılır, qəhvə üyüdən maşında, yaxud həvəngdəstədə döyülərək toz halına salınır. Gün 3-4 dəfə 1 çay qaşığı olmaqla yeməkdən 20-30 dəqiqə əvvəl qəbul olunur. Müalicə kursu — 1 ay, sonra 1 ay fasilə və təkrar 1 ay təşkil edir.

Qanqaldan dəmləmə hazırlamaq üçün 1 çay qaşığı qanqal toxumu (və ya 1 xörək qaşığı yarpaqlar və güllər) 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və 1/2 stəkan olmaqla gündə 2 dəfə (nahardan və axşam yatmazdan əvvəl) qəbul edilir. Belə dəmləmə aterosklerozla mübarizəyə kömək edir, mədə-bağırsaq, ginekoloji xəstəliklər zamanı istifadə olunur. Belə dəmləmə həmçinin qara ciyəri yaxşı təmizləyir, öddəki durğunluğu aradan qaldırır.

Qanqal dəmləməsi həmçinin müxtəlif dəri xəstəlikləri (psoriaz, ekzema və s.) zamanı tətbiq olunur. Dəridəki civzələr və sızanaqlardan azad olunmağa yardım edir.

Babasildən əziyyət çəkənlər də qanqal dəmləməsindən istifadə edə bilərlər. Tənzif qanqal dəmləməsində isladılır və babasil düyünlərinin üzərinə qoyulur.

Qanqaldan həmçinin müalicəvi yağ hazırlanır. Bu yağ yüksək yarasağaldan xüsusiyyətlərə malikdir. Dəridə müxtəlif yaralar, yanıqlar, düz bağırsaq çatları zamanı istifadə edilir.

Xəbər lenti
0