10:03 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
SƏHİYYƏ
Qısa URL
1411

Aprelin 20-si meteohəssas insanlar üçün əlverişli gün olsa da, aprelin 21-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq yarada bilər

BAKI, 19 apr — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 20-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah paytaxt və yarımadada cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 21-26, Bakıda gecə 11-13, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 20-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, aprelin 21-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq yarada bilər.

Əlaqədar

Xəbərdarlıq: hava şəraiti kəskin dəyişəcək
Paytaxt və bölgələrdə sabaha olan hava proqnozu
Nazirlikdən havanın kəskin dəyişəcəyi barədə xəbərdarlıq
Sabaha olan hava şəraiti açıqlandı
Sabah hava yağıntılı və küləkli olacaq
Sabah hava buludlu olacaq
Teqlər:
bulud, külək, yağış, meteohəssas insanlar, iqlim, hava

Əsas mövzular