Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda bitən bu bitki əvvəlcə adamı dəli edir, sonra öldürür

© Fizuli HüseynovDəlibəng bitkisi
Dəlibəng bitkisi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu zəhərli bitkini siqaret əvəzinə çəkmək astmanın dərmanıdır, qadınlar isə gözəl gözlərə sahib olmaq üçün onun dəmləməsindən istifadə edirmiş.

BAKI, 20 mart-Sputnik. Dəlibəng — əvvəlcə adamı dəli edir, sonra öldürür. Bu bitki Azərbaycanın hər yerində geniş yayılmış bir bitkidir, hətta Bakı şəhərinin bir çox yerində bu bitkiyə rast gəlinir.

Sputnik bitkilər üzrə mütəxəssis Füzuli Hüseynova istinadla xəbər verir ki, dəlibəng zəhərli bir bitkidir. Tərkibində zəngin alkoloidlər olduğundan çox az dozada dərman bitkisi kimi istifadə olunur. Amma bu bitkini özbaşına yox, xüsusi bilən adamların təyinatları əsasında istifadə oluna bilər. Dəlibəng astma xəstəliyində yarpaqları qurudulur və adi siqaret kimi çəkilir, boğulmuş astma tutmasının qarşısını alır. Yarpaqlarının tərkibində zəngin alkoloidlər olduğundan çox güclü bir ağrıkəsicidir. Yarpaqlarının dəmlənməsini içmək olmaz, yalnız xaricə istifadə oluna bilər.

Meyvəsinin üstü tikanlı, qozdan biraz böyük olur, partlayır və içindən qara toxumlar görünür. Bu toxumları yeyən adamlar əvvəlcə dəli olur və müxtəlif hərəkətlər edirlər.

Məsələn, gözlərinə yanan bir işıq görünür və o gördükləri işığın ardınca qaçırlar, durmadan qaçırlar və birdən görürsən durub qışqırırlar. Səbəbini soruşduqda isə deyirlər işıq göyə qalxdı və sairə kimi hallar əmələ gəlir. Bunlara tibbdə halyusinasiyalar deyilir. Bundan sonra kəskin zəhərlənmə baş verir və tədbir görülməzsə, insan həyatını itirə bilir, əsasən uşaqlar bilmədən bu toxumlardan yeyirlər.

Orta əsrlərdə xanımlar daha gözəl görünmək üçün gözlərinə dəlibənglə dəmlənilmiş su tökürmüşlər. Çünki dəlibəng göz bəbəklərini genişləndirir və xanımlar daha da gözəl görünürmüş. Ona görə o vaxtlar bu bitkiyə gözəl xanımlar gözü kimi adını da vermişlər. Keçmişdə yuxusuzluğun qarşısını alan bir vasitə kimi də bu bitkidən istifadə olunub.

Xəbər lenti
0