14:38 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Afaq Əliyev, Sputnik Beynəlxalq mətbuat mərkəzi
© Sputnik / Murad Orujov

"Donuz qripi"nin Azərbaycana gəlməsi an məsələsidir

SƏHİYYƏ
Qısa URL
4001

Afaq Əliyeva: "Bu günə kimi Azərbaycanda vəziyyət tam sabitdir, "donuz qripi" dediyimiz AH1N1 virusu aşkar olunmayıb"

BAKI, 5 fev — Sputnik. "Hələ dekabr ayından başlayaraq Azərbaycanla həmsərhəd olan İran İslam Respublikasında "donuz qripi" və ölüm hadisələri qeydə alınıb. Həmin hadisələrlə əlaqədar olaraq dekabrın 8-də Səhiyyə Nazirliyi tərəfindən əmr imzalandı. O əmrlə "donuz qripi"nə qarşı (AH1N1) Azərbaycanda profilaktik tədbirlərin gücləndirilməsinə qərar verildi. Bütün respublikanın müalicə və profilaktika müəssisələrinə konkret olaraq tapşırıqlar verildi".

Sputnik xəbər verir ki, bunun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika gigiyena və epidemiologiya mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. "Sputnik" Beynəlxalq Mətbuat Mərkəzində "Ölkədəki epidemioloji situasiya və viruslu xəstəliklərin profilaktikası ilə bağlı görülən işlər" keçirilən tədbirdə A. Əliyeva bildirib ki, Azərbaycanda bu qripdən qorunmaq üçün keçirilən tədbirlər hələ dekabr ayında başlanıb.

"Əgər hər hansı vətəndaşda qrip aşkarlanarsa, həmin şəxslərin izolyasiya edilməsi, müayinə edilməsi və diaqnoz qoyularaq Səhiyyə Nazirliyinin məlumatlandırılması barədə təlimat verilib. Yanvar ayında bizimlə həmsərhəd olan ətraf ölkələrdə bu xəstəliyin yayılması və qeydə alınması daha çox oldu. Gürcüstan, Türkiyə, Rusiya və Ukrayna ərazilərində də belə hadisələrin qeydə alınması daha ciddi tədbirlərin keçirilməsini tələb edirdi", —deyib direktor müavini.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq yanvar ayının 19-da Səhiyyə Nazirliyi tərəfindən üç nömrəli əmr imzalanıb: "Bu əmrdə "donuz qripi"nə qarşı tədbirlərin daha da gücləndirilməsi — əlavə tədbirlərin həyata keçirilməsi qərarı verildi".

Qripdən qorunmağın yolları
© Sputnik / Elnur Salayev
Azərbaycanlıların bu virusa yoluxan ölkələrə tez-tez səyahət etdiyini nəzərə alsaq, "donuz qripi"nin Azərbaycana gəlməsinin an məsələsi olduğunu deyə bilərik. Lakin Afaq Əliyevanın sözlərinə görə, Azərbaycanda "donuz qripi" virusuna hələ ki rast gəlinməyib: "Bizdə AH1N1 qripi diaqnozu təsdiq olunmayıb. Hər hansı bir ağır xəstələr nisbətən resperator virus infeksiyanı — yəni qripə bənzər bir xəstəliyi ağır keçirən xəstələrin laborator müayinəsi həyata keçirilir. Bunun üçün bütün müalicə və profilaktika müəssisələrinə respublika gigiyena və epidemiologiya mərkəzi tərəfindən aplikatorlar paylanılıb".

"Yanvar ayında 300-dən yuxarı belə resperator infeksiyanı ağır keçirən xəstələrin müayinəsi həyata keçirilib və AH1N1 virusu aşkar olunmayıb. Yəni bu günə Azərbaycanda vəziyyət tam sabitdir, "donuz qripi" dediyimiz AH1N1 virusu aşkar olunmayıb", —rəsmi şəxs bəyan edib.

Qripdən daha çox kimlərin əziyyət çəkdiyinə gəldikdə isə, ekspert yaşlı insanları, xroniki xəstəliklərdən əziyyət çəkənləri və körpə uşaqları qeyd edib. Onun sözlərinə görə, belə insanlarda qrip simptomları müşahidə olunarsa onlar dərhal həkimə müraciət etməlidirlər.

Qeyd edək ki, insanlarda təşviş yaradan "donuz qripi" sürətlə yayılmaqda davam edir. Hava-damcı yolu ilə yayılan bu xəstəliyə yoluxanların sayı Azərbaycana qonşu olan ölkələrdə — Türkiyə, Rusiya, Gürcüstan və İranda xüsusilə artıb. Belə ki, bu ilin əvvəlindən "donuz qripi"ndən ölənlərin sayı Türkiyədə 57, Rusiyada isə 100 nəfərdən çoxdur.

Əlaqədar

Ölkədə qripə yoluxma səviyyəsi ümumi vəziyyətdən yüksəkdir
Dağıstanda “donuz qripi”nə yoluxanların sayı 77 nəfərə çatıb
Nazirlik: donuz qripi ilə bağlı lazımi dərman ehtiyatı yaradılıb
Teqlər:
AH1N1, izolyasiya, Afaq Əliyeva, donuz qripi, Səhiyyə Nazirliyi, Azərbaycan

Əsas mövzular