17:17 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
SƏHİYYƏ
Qısa URL
908722

Bir növ ağcaqanad vasitəsilə yayılan virus, atəş, gözlərdə qızartı, dəridə ağ və ya qırmızı ləkələr, bəzən də oynaq və əzələ ağrıları ilə özünü göstərir.

BAKI, 21 yan – Sputnik. Braziliyada 5 uşağın ölümünə səbəb olan "zika" virusu Amerika Birləşmiş Ştatlarına da sıçrayıb. 

Florida Ştatında 3 nəfərdə bu virusun aşkar edilməsi ilə əlaqədar  ABŞ Səhiyyə nazirliyi hamilələrə, "zika"nın olduğu ölkələrə səyahət etməməyi məsləhət görüb.

Sputnik TRT-yə istinadən xəbər verir ki, ABŞ Səhiyyə Nazirliyi ölkədə 600 yaxud 700 min nəfərin bu virusa yoluxa biləcəyi barədə məlumat yayıb.

Nazirlik qadınlara 2016-cı ilin iyun ayınadək hamilə qalmamağı da məsləhət görüb.

Dominikan Respublikası isə eyni xəbərdarlığı bütün 2016-cı il üçün edib.

Zika virusu bu günə qədər ən çox Braziliya, Kolumbiya, El Salvador, Fransa Qvianası, Qvatemala, Haiti, Honduras, Meksika, Panama, Puerto Riko, Paraqvay, Surinam və Venesuelada görülüb.

Bir növ ağcaqanad vasitəsilə yayılan virus, atəş, gözlərdə qızartı, dəridə ağ və ya qırmızı ləkələr, bəzən də oynaq və əzələ ağrıları ilə özünü göstərir.

Əsas mövzular