07:35 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
100401

Səhiyyə nazirinin müavini Elsevər Ağayev: Dolların məzənnəsinin dəyişməsi dərmanların qiymətinə təsir göstərəcək. Qiymətlərin artırılması təbii ki, qaçılmazdır.

BAKI, 22 dek-Sputnik. Dərmanların qiymətinə yenidən baxılacaq. Dolların məzənnəsinin dəyişməsi dərmanların qiymətinə təsir göstərəcək.

Sputnik-in məlumatına görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev bunu bu gün jurnalistlərlə söhbətində deyib.

Nazir müavini bildirib ki, bununla bağlı Tarif Şurasına iş adamları tərəfindən müraciət olunub: "Bu günlərdə şuranın növbəti iclası olacaq. Qiymətlərə yenidən baxılacaq. Bu zaman dərmanların qiymətlərinin neçə faiz artacağına qərar veriləcək. Çünki Nazirlər Kabinetinin təsdiq etdiyi Azərbaycanda qeydiyyatdan keçən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və onlara nəzarət qaydaları təsdiqlənib".

Ağayevin sözlərinə görə, NK-nın təsdiq etdiyi qaydalara əsasən valyutanın məzənnəsi 5 faizdən artıq dəyişərsə, onda təsdiq olunan qiymətlərə yenidən baxılacaq.

"Qiymətlərin artırılması təbii ki, qaçılmazdır. Lakin hər halda yeni qiymət əvvəlki qiymətlərdən aşağı olacaq. Çünki hazırda bəzi dərmanların qiyməti bir neçə dəfə aşağı salınmışdı. Yəni qiymət artımından sonra belə qiymətlər əvvəlkindən çox olmayacaq" — deyə səhiyyə nazirinin müavini bildirib.

Əlaqədar

Dərmanların və digər məhsulların qiymətlərinə yenidən baxılacaq
Dərman bazarını necə sabitləşdirmək olar?
530 dərman vasitəsinin qiyməti təsdiqlənib
Apteklərdə dərmanları niyə tapa bilmirik?
İlin sonuna kimi bütün dərmanların qiymətləri tənzimlənəcək
Teqlər:
Nazirlər Kabineti, devalvasiya, valyuta, dərmanların qiyməti, dərman, manatın devalvasiyası, manat, Azərbaycanın Tarif (Qiymət) Şurası, səhiyyə nazirinin müavini Elsevər Ağayev

Əsas mövzular