02:29 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
58111

Oksforddan açıqlama: Bədbəxtlik psixoloji xəstəlikdir, digər xəstəliklərin yaranmasında və erkən ölümlərdə böyük paya malikdir.

BAKI, 15 dek — Sputnik. Britaniya alimləri müəyyən ediblər ki, xoşbəxtlik hissi həyatı uzatmır və sağlamlıq durumuna təsir göstərmir.

Sputnik "The Guardian"a istinadən xəbər verir ki, Oksford universitetinin professoru Richard Peto və onun rəhbərliyi altında olan tədqiqatçılar dünyada geniş yayılan etiqadı — bədbəxtliyi, xəstəlik adlandırıblar. Alimlər bu qənaətə gəliblər ki, bədbəxtlik hissi psixoloji bir xəstəlikdir. Onların araşdırmasına görə, bu xəstəliyə tutulanlar bədbəxt olmalarına görə daim başqalarını günahlandırırlar. Onlara xəstə olduqlarını dedikdə isə neqativ hisslər keçirir və bunu təkzib etməyə cəhd göstərirlər.

Oksford alimləri 10 il ərzində bir milyon britaniyalı qadın arasında apardıqları geniş miqyaslı tədqiqatın nəticələrini açıqlayıblar. Məlum olub ki, özünü bədbəxt hiss edən, daim gərgin vəziyyətdə yaşayanlar xoş günlər keçirən və özlərini xoşbəxt hiss edən adamlara nisbətdə başqa xəstəliklərə daha tez tutulurlar və daha tez ölümə məruz qalırlar.

Oksfordlu psixoloqlar həmçinin əmindirlər ki, yalnız biz özümüz öz xoşbəxtliyimizə görə cavabdehik. Alimlərin çağırışında deyilir:

"Başqalarının daim sizin rifahınıza obyektiv şəkildə mane olduqları və ya ola biləcəkləri hissini unudun. Sizi xoşbəxt edəcək yalnız bir qüvvə var və bu qüvvə siz özünüzsüz." 

Onlar həmçinin qeyd ediblər ki, sosial aktivli, qarşılıqlı ictimai fəaliyyət və ətrafdakıların dəstəyi də bizi xoşbəxt edəcək amillər sırasındadır. Lakin, insanlar arasında möhkəm əlaqələrin qurulması o zaman baş verir ki, onlar təkcə öz ehtiyaclarını düşünmürlər, başqalarına da xoşbəxtlikdən töhfə verməyə çalışırlar. "Xoşbəxtlik təktərəfli məfhum deyil. Statistika göstərir ki, insan başqalarının xoşbəxt olmasına töhfə verəndə, bu xoşbəxtlikdən onun özünə də pay düşür" — deyə "The Guardian" yazıb.

Teqlər:
Richard Peto, Oksford universitetinin professoru Richard Peto, The Guardian, Oksford, Britaniya

Əsas mövzular