08:13 10 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
5712

Bunu Maliyyə naziri Samir Şərifov bu gün parlamentdə 2016-cı ilin büdcəsinin müzakirələri zamanı deyib.

BAKI, 7 okt — Sputnik. Növbəti ildən etibarən Azərbaycanda icbari tibbi sığorta sistemi tətbiq olunmağa  başlayacaq.

Bunu Maliyyə naziri Samir Şərifov bu gün parlamentdə 2016-cı ilin  büdcəsinin müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, artıq  hökumtə bu istiqamətdə ciddi işlər aparılır və növbəti ildən tədricən bu sistemi tətbiq edilməyə başlanılacaq. 

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı məlumat verən nazir bildirdi ki, icbari sığorta zamanı dövlət  xəstənin müəyyən qisim xərclərini öz üzərinə götürəcək: “Yerdə qalan hissəsi isə donorlar, xəstənin yaxınları və digərləri tərəfindən ödənilə bilər.”

Nazir onu da əlavə etdi ki, bu gün ölkədə mürəkkəb cərrahi əməliyyatlar da həyata keçirilir  ki, bu cərrahi əməliyyatları etdirmək  hər adamın imkanı daxilində deyil. “Ona görə də bu əməliyyatların həyata keçirilməsi üçün  dövlət tərəfindən müəyyən vəsait ödənilir. Bu əməliyyatların həyata keçrilməsi məqsədi ilə tibbi sığortaalr həyata keçiriləcək.  Vəsaitin müəyyən qismi sığorta ilə, digər qismi isə xəstə tərəfindən ödəniləcək.”


Əsas mövzular