15:28 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
80521

Stresslə mübarizə aparmağın ən pis variantı isə, ona passiv şəkildə dözərək əziyyət çəkməkdir.

BAKI, 16 sen – Sputnik. Stressdən vaxtında uzaqlaşmaq, sonradan onunla mübarizə aparmaqdan daha yaxşıdır. Çünki stress insan orqanlarının (sinir, ürək-damar, immun, endokrin, cinsiyyət və s.) fəaliyyətinə çox mənfi təsir edir, müxtəlif xəstəliklərin, əsasən də xərçəngin yaranmasına təkan verir.

Psixoloqlar stress-in orqanizmə olan mənfi təsirini azltmaq üçün aşağıdakı məsləhətləri verir:

Stress zamanı orqanlarda əlavə enerji yaranır. Bu enerjinin insan orqanizminə dağıdıcı təsir etməməsi üçün onu vaxtında müsbət istiqamətə yönəltmək lazımdır. Orqanizmdə olan bu artıq enerjinin sərf edilməsinin ən ideal həlli yolu fiziki aktivlikdir. Ona görə də, idman zalında, fitnes klubda, hovuzda, tennis kortunda məşq etmək, açıq havada qaçmaq və ya tez tempdə gəzmək məsləhət görülür. 

Əgər sizin həyat tərziniz idmanla məşğul olmağa imkan vermirsə, belə də etmək olar:

Qadınlar üçün — paltar yumaq, evdə geniş təmizlik işləri aparmaq.

Kişilər üçün — kiçik təmir işləri görmək, ağac əkmək və s. ilə məşğul olmaq. 

Bu cür fiziki aktivliklə məşğul olarkən insan orqanizmi stress nəticəsində yaranmış artıq enerjini sərf edir.

Digər tərəfdən fiziki aktivlik zamanı insan orqanizmində endorfin hormonu yaranır. Bu hormon "təbii narkotik" və ya "xoşbəxtlik hormonu" adlanır. Məhz bu hormonun qanda yüksəlməsi stresi azaldır və insanın əhvalını yaxşılaşdırır.

Nəticədə fiziki aktivliklə məşğul olan insan bir müddətdən sonra stresin keçib getdiyini və ya xeyli azaldığını hiss etməyə başlayır.

Stresslə mübarizə aparmağın ən pis variantı isə, ona passiv şəkildə dözərək əziyyət çəkməkdir.

Teqlər:
əsəb, stress, stressdən qaçmaq

Əsas mövzular