15:43 13 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
529582

Bu meyvə iflic xəstəliyinə qarşı bədənin immunitetini də gücləndirə bilir.

BAKI, 15 sen – Sputnik. Nar əsasən payız və qış aylarında süfrəmizi bəzəyən bir meyvədir. Təəssüfki bu meyvənin insan səhhətinə olan faydası az insan tərəfindən bilinir. Ona görə də narın sağlamlığımız üçün nə dərəcə əhəmiyyətli olduğundan danışmaq tam yerinə düşər.

Hər şeydən öncə nar, ürək və damar sisteminin normada və sağlam işləməsinə əhəmiyətli dərəcədə fayda verir. Bundan başqa nar, eyni zamanda xərçəng və şəkər xəstəliyinin yaranmasının qarşısını almağa kömək edir.

Xüsusilə ABŞ və Avropada son illərdə bu meyvə ilə bağlı ciddi araşdırmalar aparılmış və sübut olunmuşdur ki, nar ürək və damar sağlamlığı üçün həyati əhəmiyyətə malikdir.

Ağciyər təmizliyi üçün vacib olan nar, tərkibindəki C vitamini səbəbiylə siqaret çəkən insanların tez-tez yeməsi lazım olan meyvədir.

Bu meyvə iflic xəstəliyinə qarşı bədənin immunitetini də gücləndirə bilir.

B1 və C vitamini ilə zəngin olan nar təbii antibiotik vəzifəsini yerinə yetirərək bədəni infeksiyalara qarşı qoruya bilir.

Teqlər:
siqaret nar, nar, siqaret, narın xeyri, narın faydası

Əsas mövzular