03:24 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8751
Министр экономического развития Шахин Мустафаев

Şahin Mustafayev: Ölkədə dərman qıtlığı yoxdur

SƏHİYYƏ
Qısa URL
15 0 0

Nazir: Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi dərmanların Azərbaycana idxalına heç bir məhdudiyyət yaratmır.

BAKI, 15 sen — Sputnik. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi dərmanların Azərbaycana idxalına heç bir məhdudiyyət yaratmır.

Bunu iqtisadiyyat və sənaye naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev “Azərbaycan” qəzetinə müsahibəsində deyib. Ş. Mustafayev bildirib ki, mövcud qanunvericiliyə əsasən, Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra istənilən ölkədə istehsal olunan dərman vasitəsi Azərbaycana idxal oluna bilər:

“Onu da qeyd edim ki, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bu il ölkəyə idxal olunan dərman vasitələrinin həcmində artım müşahidə edilir və ölkədə dərman qıtlığı yoxdur”.

Nazir deyib ki, prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanda, o cümlədən Sumqayıt Kimya Sənaye Parkında əczaçılıq məhsullarının istehsalının təşkili məqsədi ilə dünyada bu sahədə tanınmış şirkətlərlə danışıqlar aparılır və bu istiqamətdə tədbirlər görülür.

Teqlər:
dərman vasitəsi, dərman, əczaçılıq məhsulları, dərman qıtlığı, İqtisadiyyat və Sənaye Nazirliyi, Tarif Şurası, Sumqayıt Kimya Sənaye Parkı, Səhiyyə Nazirliyi, İlham Əliyev, Şahin Mustafayev, Azərbaycan

Əsas mövzular