22:25 15 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Laçın xəstəxanası

Laçın xəstəxanasında dərman fırıldağı

dia.az
SƏHİYYƏ
Qısa URL
4001

Vərəm və şəkərli diabet xəstələri üçün dövlət tərəfindən pulsuz paylanan dərmanların xəstələrə pulla satıldığı bildirilir.

BAKI, 12 avq – Sputnik. Ağcabədidə yerləşən Laçın rayon Mərkəzi xəstəxanasında qanun pozuntusu yaşandığı barədə xəbərlər yayılmaqdadır. Vərəm və şəkərli diabet xəstələri üçün dövlət tərəfindən pulsuz paylanan dərmanların xəstələrə pulla satıldığı bildirilir. 

Bu barədə Sputnik bolgexeber.com-a istinadən məlumat verir. Xəstəxananın özü ilə birbaşa əlaqə saxlamağa çalışsaq da zənglərə cavab verən olmadı.

Məlumatlarda Laçın RMX-nın doğum şöbəsinin fəaliyyətinə dair ciddi iradlar irəli sürülür. Şikayətçilər bildirirlər ki, bu şöbə hazırda sakinlər arasında daha çox “abort evi” adı altında tanınır. İddia olunur ki, burada qeyri-qanuni abort əməliyyatlarından külli-miqdarda pullar əldə olunur. Bununla belə təbii doğuş da şöbədə təxminən 400-500 manata başa gəlir. Üstəlik, bu xərclərdən əlavə tibb bacılarına, sanitarlara bələkpulu, şirinlik adı ilə əlavə hörmət də etmək lazımdır. Şöbə müdiri isə deyir ki, yığdığı pulların bir hissəsi RMX-nın baş həkimi Rauf İsfəndiyarova çatır. Daha sonra açıqlamalarda Laçın səhiyyəsinə ayrılan dövlət vəsaitlərinin də xəstəxana rəhbərliyi tərəfindən mənmsənildiyi bildirilir. 

Yayılan məlumata görə, Rayon Mərkəzi Xəstəxanasına təkcə ötən ildə satınalmalarla bağlı 120 min manat və rayonun daxili büdcəsindən isə 250 min manata yaxın vəsait ayrılıb. Ayrılan vəsaitlər isə adı olub özü olmayan tibb məntəqələrinin cari təmiri adı altında silinərək mənimsənilib. 

Sakinlər bu gün rayon səhiyyəsinin olduqca bərbad duruma gəldiyini və bu vəziyyətin yaranmasına görə birbaşa xəstəxamanın baş həkimi Rauf İsfəndiyarovun məsuliyyət daşımalı olduğunu iddia edirlər. İlk növbədə, vətəndaşların xüsusi narazılığını doğuran amillərdən birinin xəstəxanaya dərmanların alınmasında yol verilən maxinasiyaların olduğu göstərilir. Bu xüsusda mənbələr bildirirlər ki, dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir.

Vətəndaşlar Səhiyyə Nazirliyi tərəfindən bütün bu qanunsuzluqlara son qoyulması istiqamətində təcili tədbirlərin görülməsini xahiş edirlər. 

Teqlər:
Rayon Mərkəzi Xəstəxanası, abort evi, Laçın rayon Mərkəzi xəstəxanası, Laçın xəstəxanası, Ağcabədi rayonu, Ağcabədi, Laçın rayonu, Laçın, Azərbaycan

Əsas mövzular