13:31 23 Oktyabr 2017
Canlı yayım
tələbə həkimlər

5372 həkim imtahandan uğurla keçdi

infarkta.net
SƏHİYYƏ
Qısa URL
1011

2015-ci ilin birinci yarımilliyi ərzində sertifikasiya imtahanlarında iştirak etmək üçün 6304 nəfərə “Buraxılış vərəqəsi” verilib və onlardan 5372 nəfəri Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasının imtahanlarından uğurla keçib.

BAKI, 10 iyul — Sputnik. 5372 həkim sertifikasiya imtahanlarından uğurla keçdi.

Bu barədə Sputnik-ə Səhiyyə Nazirliyi mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deilyir ki, 2015-ci ilin birinci yarımilliyi ərzində sertifikasiya imtahanlarında iştirak etmək üçün 6304 nəfərə “Buraxılış vərəqəsi” verilib və onlardan 5372 nəfəri Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasının imtahanlarından uğurla keçib. İmtahanlarda iştirak edənlərin 2625 nəfəri 90 baldan çox, 2043-ü 75-90 arası, 704 nəfəri 60-75 arası bal toplayıb.

İmtahanlar ümumilikdə 40 ixtisas üzrə keçirilmişdir. Sertifikasiya imtahanlarından keçənlərin arasında terapiya, pediatriya, mamalıq-ginekologiya, ümumi cərrahiyə ixtisasları üstünlük təşkil edir.

İlin sonuna qədər keçiriləcək test imtahanlarında iştirak etmək üçün daha 4000-ə yaxın namizəd qeydə alınıb.

Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikasiya imtahanları həftədə üç dəfə keçirilir. İmtahandan keçənlər müsahibə mərhələsinə buraxılırlar.

Tabeliyindən va müllkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə maşğul olan ali va orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.

Əsas mövzular