19:46 15 Dekabr 2017
Canlı yayım
Bill Gates

Bill Geyts: 250 günə dünyada 33 milyon insan məhv olacaq

gatesnotes.com
SƏHİYYƏ
Qısa URL
7902

“Microsoft” korporasiyasının Direktorlar Şurasının sədrinin fikrincə, indi "qara ölüm"ün nəticələri 1918-1919-cu illər ispan qripinin nəticələrindən daha faciəli olacaq.

BAKI, 30 may — Sputnik. “Microsoft” korporasiyasının Direktorlar Şurasının sədri Bill Geyts milyonlarla insanın həyatına son qoyacaq infeksion xəstəliklərin kütləvi epidemiyasını proqnozlaşdırır.

Sputnik xəbər verir ki, Bill Qeyts "Vox” nəşrinə müsahibəsində mümkün infeksiya faciəsinin modelini hazırlayacaq tədqiqatçılar qrupu formalaşdırdığını deyib.

Tədqiqatçılar qərara gəliblər ki, ispan qripi kimi xəstəliklər yayılsa, 250 günə dünyada 33 milyon insan məhv olacaq. “Xəstəliklərin yayılması baxımından biz bəşəriyyət tarixində ən təhlükəli mühit yaratmışıq.” — deyə Geyts bildirib.    

Yaxın 20 il ərzində 20 milyon adamın necə məhv ediləcəyi ilə bağlı sualı cavablandıran korporasiya rəhbəri bir neçə variantı nəzərdən keçirərək vurğulayıb ki, burada fəlakətli filmlərin ssenarisi ağlabatan deyil. Miqyaslı zəlzələ, vulkan püskürməsi və ya asteroidin düşməsi də bəşəriyyəti məhv edə bilməz. Geytsin fikrincə, nüvə müharibəsi ehtimalı da azdır.

Dünyanın ən varlı adamı həmçinin iki dünya müharibəsində insan itkilərini ispan qripindən ölənlərin sayı ilə müqayisə edərək, ispan qripinin XX əsrdə daha çox insanın həyatına son qoyduğunu bildirib. 

Geytsin qənaətinə görə, hazırkı şəraitdə istənilən infeksion xəstəliklərin epidemiyasının — pandemiyanın (qara ölüm) nəticələri 1918-1919-cu illər ispan qripinin nəticələrindən daha faciəli olacaq. O vaxt 550 milyon nəfər xəstəliyə yoluxub: “Bu gün xəstəlik cəmi 60 günə dünya şəhərlərinə yayılacaq. İspan qripi ilə bağlı vəziyyət belə olmayıb. Bu, sərbəst hərəkətlə əlaqədardır: bu gün dövlət sərhədlərini yüz il əvvələ nisbətən 50 dəfə çox insan keçir. Həmçinin bəzi xəstəliklər çoxlu insan həyatına son qoyandan sonra məlum olur. Ebola virusu ilə bağlı vəziyyət də belə olub. Ekspertlər əmindir ki, bu xəstəlik ABŞ-da yayılsaydı, ona dərhal son qoyulardı. Lakin o, Afrikada olub. Qvineya epidemiyanı qəbul etmək istəmirdi, çünki bu, investisiyalar və turizm sahəsi üçün “ölüm” hökmü demək idi.”

2014-cü ildə Qvineyada başlayan Ebola virusu sonradan qonşu ölkələrə yayılıb. 

Əsas mövzular