19:03 24 Noyabr 2017
Canlı yayım
xərçəng hüceyrələri

Alimlər prostat vəzi xərçənginin genetik xəritəsini tərtib ediblər

lekpravda.com
SƏHİYYƏ
Qısa URL
1501

Britaniya alimləri Amerika həmkarları ilə birlikdə prostat vəzi xərçənginin müalicəsində sıçrayış eləyiblər: onlar həmin xəstəliyin genetik kodunu aça biliblər.

BAKI, 25 may — Sputnik. Britaniya alimləri Amerika həmkarları ilə birlikdə prostat vəzi xərçənginin müalicəsində sıçrayış eləyiblər: onlar həmin xəstəliyin genetik kodunu aça biliblər.

Daily Express xəbər verir ki, 150 pasiyentin iştirak etdiyi tədqiqatın nəticələri "Cell" jurnalında dərc olunub.

Pasiyentlərin hər biri kritik vəziyyətdə olub: bütün orqanizmə yayılan xəstəliyə heç bir dərmanın təsiri olmayıb. Prostat vəzindən uzaqda yerləşən şişlər pasiyentin ölümünə səbəb olur. Bu şişlərdən nümunə götürmək həkimlərə həmişə çətinlik törədib. Amma London Onkolojı Tədqiqatlar İnstitutunun professoru Yoxann de Bono nadir texnologiya yaradıb. Bu texnologiya metastazların lazımi nümunələrini əldə etməyə kömək edib.

Şişlərin DNT analizi göstərib ki, kişilərin 90 faizində prostat vəzi şişinin genetik mutasiyası var.

Onun müalicəsində tibdə artıq çoxdan istifadə olunan preparatlar səmərəlidir. Alimlər əldə olunmuş məlumatlar əsasında mutasiyaların xəritəsini hazırlayıblar. Layihə rəhbərlərinin fikrincə, genetik mutasiyalar siyahısını ümumiləşdirməklə, ilkin mərhələdə xəstəliyin inkişaf prinsipini müəyyən etmək olar.

Alimlər ümid edirlər ki onların üsulu prostat xərçəngindən əziyyət çəkən bir çox kişini xilas edəcək. Xəritə optimal dərman seçməyə kömək edəcək. Testin qiyməti təqribən 200 funt sterlinqdir.

 

Əsas mövzular