Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Dəf edilməz "gözəgörünməzlər": Rusiya "İskəndər"ləri üçün yeni raketlər

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidРакетный комплекс "Искандер-М"
Ракетный комплекс Искандер-М - Sputnik Azərbaycan, 1920, 04.06.2021
Abunə olmaq
"İskəndər-M" OTRS digər iki silah növü - S-400 Triumf zenit-raket sistemi və "Bastion" sahil raket kompleksi ilə birlikdə Rusiyanın ən təhlükəli silahlarının ilk üçlüyünə daxildir.

Rusiyanın aparıcı silah texnologiyalarının inkişaf etdirilməsinin məqsədi potensial düşmənlərin qarşısının alınması və sülhün qorunub saxlanmasıdır. Sabitliyin möhkəmləndirilməsi üçün etibarlı alətlərdən biri döyüş imkanlarını tədricən artıran "İskəndər-M" operativ-taktiki raket sistemi (OTRS) olaraq qalır. Hərbi şərhçi Aleksandr Xrolenkonun qənaətinə görə, yeni, idarə olunan "stels" raketləri yəqin ehtimal olunan düşmən üçün əməllicə baş ağrısı olacaq.

Kreyser sürəti

Çoxtəyinatlı "İskəndər-M" OTRS üçün yeni, bütün uçuş trayektoriyası boyu idarə olunan, radarlar üçün tamamilə görünməz olan, yüksək dəqiqliyə malik aeroballistik raketlər hazırlanıb. Həmin raketlər mürəkkəb manevrlər etmək və 500 km-ə qədər məsafədə hədəfləri məhv etməyə qadirdir. Adı çəkilən raketlərin idarəetmə sistemi təkmilləşdirilib və onun hazırlanmasında kompozit materiallardan geniş istifadə olunub.

Yeni "gözəgörünməz"lər də 7500 km/saat sürət (500 km- 4 dəqiqə ərzində), habelə döyüş başlığının əsas variantları – qəlpəli-fuqas, kaset və xüsusi (nüvə) saxlanıb. Əvvəllər "İskəndər"lərin arsenalında 5 növ aeroballistik və 2 növ qanadlı raket vardı.

2030-cu ilə qədər dünyada ən yaxşı raketlər

NATO mütəxəssislərinin qənaətinə görə, "İskəndər-M" OTRS digər iki silah növü - S-400 Triumf zenit-raket sistemi və "Bastion" sahil raket kompleksi ilə birlikdə Rusiyanın ən təhlükəli silahlarının ilk üçlüyünə daxildir. Həm də modernizasiya imkanları "İskəndər"in 2030-cu il qədər dünyanın ən yaxşı raket kompleksi olmasına şərait yaradacaq.

Bir qədər əvvəl Rusiya Müdafiə Nazirliyi bütün on raket briqadalarının silahlarının dəyişdirilərək onların "İskəndər-M" raketləri ilə təchiz olunması və daha üç briqadanın formalaşdırılması barədə xəbər yayıb. Qeyd edilir ki, Rusiyanın müdafiə sənayesi hər il iki briqada komplekti istehsal edir. Kompleksin ixrac versiyası olan "İskəndər-E" (uçuş məsafəsi –280 km-ə qədər) Ermənistan və Əlcəzairin sərəncamında var.

Döyüş imkanları

"İskəndər-M" briqadalarının döyüş komplekti 51 maşından, o cümlədən 12 atəş qurğusu, 12 nəqliyyat-doldurma qurğusundan, 11 komanda-qərargah və 14 təminat maşınından ibarətdir. Briqada 2 dəqiqə ərzində 24 raketlə zərbə endirməyə qadirdir, gücləndirilmiş briqadanın yaylım atəşi isə 32 raketin buraxılmasını nəzərdə tutur.

"İskəndər" aeroballistik raketləri (kütləsi 3,8 t, uzunluğu 7,2 m) 50 km-ə qədər hündürlükdə, qanadlı raketlər isə 6-7 m hündürlükdə uçaraq, hədəfdən ən uzağı 1 m yayınır. Onların dalğa qaytaran səthi və mürəkkəb uçuş trayektoriyası isə mövcud və perspektiv raket və hava hücumundan müdafiə sistemləri üçün heç bir şans saxlamır. Beləliklə, bu raketləri tutmaq demək olar ki, mümkün deyil.

"Tərəfdaşlar"ın hazırlıq tədbirlərinə reaksiya

"İskəndər"lərin dənizdəki hədəflərə qarşı ilk atəşləri 2020-ci ildə Cənub hərbi dairəsində NATO qoşunlarının Baltik və Qara dəniz bölgələrində desant çıxarmasına cavab olaraq həyata keçirilib. "Bal" və "Bastion" sahil raket kompleksləri ilə birlikdə (uçuş məsafəsi 260 və 350 km) onlardan daha güclü olan "İskəndər" sahillərin eşelonlaşdırılmış müdafiəsini bir az da möhkəmləndirərək ölkənin dəniz sərhədlərini alınmaz qalaya çevirmək iqtidarındadır.

Qeyd edək ki, "İskəndər-M" OTRS-lərinin daimi qaydada Kalininqradda yerləşdirilməsi NATO-nun Baltik regionunda hərbi aktivliyinin artması ilə bağlıdır və Rusiyanın "tərəfdaşların" aqressiv hazırlıqlarına cavab reaksiyasıdır.

Natamamlıq kompleksi

On ədəd "İskəndər"lə silahlanmış briqada eyni vaxtda təqribən 300 raketdən atəş açmağa və operativ şəkildə doldurulduqdan sonra bunu təkrar etməyə qadirdir. Bu nəhəng silah təcavüz üçün nəzərdə tutulmasa da, NATO-nu qıcıqlandırmaqda davam edir. Bunu səbəbi təkcə "İskəndər-M"in xarici analoqlarını (Lance, ATACMS, Pluton) dəqiqlik və digər xüsusiyyətlərə görə geridə qoyması deyil. NATO doktrinasına görə, "İskəndər-M" kompleksləri A2/AD (anti-access and area denial) "qadağan zonası" yaratmağa yönəlmiş silahdır. Alyansın qüvvələri isə bu radiusda (500 km) təhlükəsiz, zərər görmədən atəş imkanlarından məhrumdurlar. Taktiki nüvə zərbəsinin endirilməsi ehtimalı isə "tərəfdaşları" daha da məyus edir.

ABŞ-da 5500 km-dən az məsafədə hədəfi vura bilən nüvə silahlarını strateji silah saymırlar (məntiq aydındır: əgər raket okeanı uçub keçmirsə, deməli o taktiki silahdır). Amma bu ABŞ-ın avropalı müttəfiqlərinə rahatlıq gətirmir.

Həmçinin oxuyun: 

* "Hər şey dəyişib": ABŞ-ın iri hərbi bazaları mühafizəsiz qalıb

* İlham Əliyev "İskəndər"lə bağlı Moskvadan məktub barədə: "Tam cavab deyil"

* İlham Əliyev Şuşanın "İskəndər-M"lə atəşə tutulması barədə: "Biz cavab istəyirik"

* Dünya mediası "İsgəndər-M"in qalıqlarının Şuşada tapılmasından yazır

 

 

Xəbər lenti
0