Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Dərviş Parisdə və ya Paşinyanın Qarabağla bağlı ad günü xülyaları

© AFP 2023 / -Премьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.06.2021
Abunə olmaq
Görünən budur ki, Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan artıq reallıq hissini və Vətən müharibəsinin bu ölkə üçün ağır fəsadlarını, itkilərini, nəticələrini unudur.

Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın gözlənilməz Fransa səfəri həm ölkədaxili, həm də ölkə xaricində birmənalı qarşılanmayıb. Ekspertlər isə seçki ərəfəsində Paşinyanın Parisə, daha sonra isə Brüsselə səfərini onun növbədənkənar parlament seçkisi öncəsi Qərbdən dəstək almaq istəməsi, həm də bu səfərlə özünün yerli auditoriya qarşısında nüfuzunu artırmaq cəhdi ilə əlaqələndirirlər. Ermənistanın Baş nazirinin səlahiyyətlərini icra edən şəxsin Fransa səfəri gözlənilənlərin əksinə heç də rəvan keçmədi. Belə ki, Nikol Paşinyan ölkəsinin Parisdəki səfirliyində diaspora nümayəndələri görüşə gedərkən erməni icmasının nümayəndələrinin etirazları ilə qarşılaşıb. Aksiya iştirakçıları Paşinyanın avtomobil karvanının səfirlik ərazisinə girişinin qarşısını almağa çalışıb. Hücum zamanı Ermənistanın Baş nazirinin xidməti avtomobillərindən birinin güzgüsü sındırılıb. Etirazçılar hətta "satqın", "siyasi əxlaqsız", "Nikol satqın" kimi şüarları belə səsləndirməkdən çəkinməyiblər.

Lakin ən maraqlı hadisələr Paşinyanın erməni diasporunun nümayəndələri ilə görüşü zamanı baş verib. Ya Fransa Prezidenti Emanuel Makronla görüşdən, ya da həmin gün öz ad günü olmasından ilhamlanan, cuşa gələn Nikol Paşinyan Rusiya və Azərbaycan liderləri ilə birgə ötən ilin noyabrın 10-da imzaladığı (heç harada imzalaması da bilinmir – red.) üçtərəfli bəyanatı kağız adlandırdı. O, bir az da irəli gedərək bu kağızın "müharibəni dayandırdığını, lakin problemi həll etmədiyini" həyasızcasına bildirib. Bütün bunlar isə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın "Yerevanın Azərbaycan-Ermənistan sərhədində yaranan vəziyyətlə bağlı üçtərəfli işçi qrup formatda konstruktiv işi mümkünsüz hesab etməsi" barədə sensasion bəyanatından sonra baş verir.
Ситуация в Ереване - Sputnik Azərbaycan, 1920, 30.05.2021
Paşinyandan etiraf: Biz müharibəni uduzduq və məğlubiyyətə görə məsuliyyət daşıyırıq

Paşinyan Parisdə açıq şəkildə bəyan edib ki, ölkələr arasında yekun sülhün bərqərar olmasına hələ çox var və erməni xalqı davamlı sülhü əldə etmək üçün yeni çağırışlarla qarşılaşmalıdır. Görünən budur ki, Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan artıq reallıq hissini və Vətən müharibəsinin bu ölkə üçün ağır fəsadlarını, itkilərini, nəticələrini unudur. Çünki, onun Parisdə üçtərəfli bəyanatla bağlı səsləndirdiyi fikirləri Qafqazda yeni müharibə anonsu və ölkə əhalisini buna hazırlamaq cəhdi kimi də dəyərləndirmək olar.

Paşinyanın öz bəyanatını Yerevandan deyil, Parisdən səsləndirməsinin arxasında məhz Fransa Prezidenti Emmanuel Makronun durduğu heç kəsə sirr deyil. Rəsmi Paris hələ də Qarabağ münaqişəsinin həlli ilə bağlı imzalanan üçtərəfli bəyanatdan kənar qalmasını həzm edə bilmir. Yeni reallıqdan kənarda qalan Fransa rəhbərliyi hər vəchlə başlanan prosesə müdaxilə etməyə, onu pozmağa cəhd göstərir. Rəsmi Paris yaxşı anlayır ki, Vətən müharibəsi zamanı həmsədrlik ruhuna zidd olaraq, neytral mövqe tutmaması, Ermənistanı açıq şəkildə dəstəkləməsi rəsmi Bakının ciddi narazılığına səbəb olub və Azərbaycan dəfələrlə bu ölkəni həmsədrlik mandatına uyğun olaraq neytral mövqe sərgiləməyə çağırıb. Azərbaycan XİN isə öz növbəsində Makron – Paşinyan görüşünə reaksiya verərək, Dağlıq Qarabağ adlı inzibati vahidin olmadığını, Bakı və Yerevan arasında birbaşa dialoqun mövcudluğunu, Fransanın bu məsələdə hər hansı bir rolunun olmadığını xüsusi ilə vurğulayıb.

Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın üçtərəfli bəyanat barədə səsləndirdiyi fikirləri Rusiyaya, onun prezidenti Vladimir Putinə qarşı demarş kimi də qəbul etmək olar. Müharibə günlərində Rusiya tərəfinə əməliyyatların dayandırılması ilə bağlı az qala yalvaran Paşinyan indi utanmadan bəyanatı kağız parçası adlandırır. Ermənistan Baş naziri bir növ Paris səfəri ilə öz həqiqi simasını göstərdi. Görünən budur ki, Paşinyan iyunun 20-də növbədənkənar parlament seçkilərində qalib gələcəyi təqdirdə, Ermənistanı Rusiyanın orbitindən çıxarmaq siyasətini davam etdirəcək. Bütün baş verənlər fonunda isə Ermənistan parlament seçkilərinin gərgin keçəcəyini və seçkilərdən sonra bu ölkədə siyasi böhranın daha da dərinləşəcəyini gözləmək olar.

Müharibə - Azərbaycan ərazilərinin işğaldan azad edilməsi

Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı, 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur, 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri, 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu, 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar. Bir gün sonra isə Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

Oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.

Oktyabrın 22-də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad olunub.

Oktyabrın 23-də Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq, Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri, 25-də Zəngilan rayonunda Birinci Alıbəyli, İkinci Alıbəyli, Rabənd, Yenikənd, Cəbrayıl rayonunda Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunda Əfəndilər, Yusifbəyli, Çay Tumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri işğaldan azad edilib.

Oktyabrın 28-də Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan, 30-da Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad edib.

Noyabrın 2-də Cəbrayıl rayonunun Çapand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı, 4-də Ordumuz Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı, 7-də Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarxac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Quşçubaba (Moşxmaat), Xocavəndin Ataqut, Tsakuri kəndləri işğaldan azad edilib.

Noyabrın 8-də Şuşa şəhəri erməni qəsbkarlardan təmizlənib.

Hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə üçtərəfli bəyanat

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Həmçinin oxuyun: 

* Paşinyanın bu sözləri aləmi qatacaq: Azərbaycan-Rusiya sərhədində də...

* Nikol Paşinyanı təhdid edirlər, bəs o, geri çəkiləcəkmi?

* Paşinyandan İlham Əliyevlə bağlı növbəti iddia

* İlham Əliyev: Bilmirəm, Paşinyan kapitulyasiya aktını hansı tində imzalayıb

Xəbər lenti
0