Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

ABŞ koronavirus pandemiyasının təqsirkarlarını tapıb

© Sputnik / Anna Ratkoglo / Mediabanka keçidЭкспонаты выставки в Ухани, организованной выставочным центром, который был временным госпиталем во время пандемии коронавируса
Экспонаты выставки в Ухани, организованной выставочным центром, который был временным госпиталем во время пандемии коронавируса - Sputnik Azərbaycan, 1920, 02.06.2021
Abunə olmaq
ABŞ dünyada Bioloji və Zəhərli Silahların Qadağan edilməsi üzrə Konvensiyanın icrasına qarşılıqlı nəzarət protokolunu imzalamayan azsaylı dövlətlərdən biridir.

BAKI, 2 iyun — Sputnik, Viktoriya Nikiforova. Tramp və Bayden qəfildən COVID-19-la bağlı razılığa gəliblər. Halbuki ABŞ-ın keçmiş prezidenti pandemiyanın əvvəlindən bəri virusun Çinin Uhan şəhərindəki bir laboratoriyadan dünyaya yayıldığını bəyan edirdi. Co Bayden və bütün demokratlar isə ağızları köpüklənə-köpüklənə virusun süni mənşəli olması fikrini inkar edirdilər.

Və indi birdən-birə iş dəyişdi. Keçən həftə prezident Bayden virusun bir laboratoriyada yaradılmasını mümkün hesab etdiyini bildirdi. "Facebook" isə bu müəmmalı xəstəliyin süni mənşəli olma ehtimalını müzakirə edən postlara qadağaları aradan qaldırdı.

Üstəlik, Vaşinqton rəhbərliyi koronavirusun süni şəkildə yaradılması ehtimalını qəbul edən kimi günahkar da tapıldı. Amerika kəşfiyyat xidmətləri prezident Baydenin əmri ilə istisnasız olaraq virusun mənşəyinin Çin versiyası ilə məşğul olacaq. Digər versiyalar diqqətə alınmır.

Çin Xalq Respublikasını səhlənkarlıqda və ya təxribatda ittiham etmək üçün heç bir əsas yoxdur, yalnız pandemiyanın başlaması ilə bağlı rəsmi açıqlamadan əvvəl "The Wall Street Journal"-da Uhandakı bəzi alimlərin koronavirusa bənzər bir virusa yoluxduqlarını iddia edən məqalədən başqa. Bir sözlə, bu məsələ tamamilə müəmmalıdır və öz təsdiqini tapmayıb.

Rəsmi Pekin amerikalı alimlərin virusları, o cümlədən, insan hüceyrələrinə nüfuz etmə ehtimalı yüksək olan vuruşlarla bağlı daha çox təcrübə apardıqlarını vurğulayaraq etirazını bildirir.

2019-cu ilin yay -payız hadisələrinin qrafiki də maraqlıdır. Avqust ayında ABŞ-ın məşhur hərbi bioloji laboratoriyası Fort-Detrik qəfildən bağlandı. Planetdəki ən təhlükəli virus və bakteriyalar orada saxlanılır və araşdırılır. Bu laboratoriyanın "kolleksiyasında" qarayara, çiçək və taun kimi xəstəliklər var.

Флаги США и Китая, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.04.2021
Çindən ABŞ-a sərt cavab: "Demokratiya – "Coca Cola" deyil"
 Laboratoriyanın adları son dərəcə məxfi saxlanılan alimləri həmin nümunələri həvəslə sinqadan keçirir və onların yeni, daha təhlükəli variantlarını işləyib-hazırlayırlar.

Yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyinin də dəfələrlə xatırlatdığı kimi, ABŞ dünyada Bioloji və Zəhərli Silahların Qadağan edilməsi üzrə Konvensiyanın icrasına qarşılıqlı nəzarət protokolunu imzalamayan azsaylı dövlətlərdən biridir. Yəni, Rusiya və Çin də daxil olmaqla, bu konvensiyanı qəbul etmiş bütün dövlətlər bir-birinin laboratoriyalarını yoxlaya bilərlər. Ancaq ABŞ alimlərinin öz biolaboratoriyalarında nə işlə məşğul olduqları elmə məlum deyil.

Və Fort-Detrik laboratoriyası naməlum qəza səbəbindən bağlandı. Yüksək məxfilik qəzanın miqyasını açıqlamağa imkan vermir. Elə həmin ilin sentyabr ayında ABŞ-da qəribə bir ağciyər xəstəliyi epidemiyası başladı. Əvvəlcə bunu elektron siqaretlərin, daha doğrusu, həmin siqaretlər üçün nəzərdə tutulmuş hansısa qarışığın ayağına yazmağa cəhd göstərdilər. Guya həmin maddə ölümcül dərəcədə təhlükəlidir.

Xəstəliyin simptomlarına pnevmoniya, daxili orqanların sıradan çıxması aid edilir ki, bu da COVID-19-un əlamətlərinə çox bənzəyir. Oktyabr ayında ABŞ hərbçiləri beynəlxalq təlim çərçivəsində Uhana yollanır və bir sıra çinli mütəxəssislərin fikrincə, beləliklə də Amerika koronavirusu yerli sakinlərə ötürülür.

Çinli yoldaşların versiyası mübahisə doğura bilər, amma ümumilikdə ABŞ-ın irəli sürdüyü ittihamlardan daha ağlabatandır.

Граффити с изображение статуи Свободы  - Sputnik Azərbaycan, 1920, 10.04.2021
TƏHLİL
ABŞ sanksiyalar yolu ilə özünün dünyadakı hökmranlığına son qoyur

ABŞ-da koronavirusa nəzarət üzrə səlahiyyətli şəxs olan Entoni Fauçi bir il ərzində vurusun süni mənşəli olması barədə bütün versiyaları qətiyyətlə rədd etdi. Sosial şəbəkələrdə isə virusun təbii mənşəli olmasına şübhə edənlər linç olundu.

Görkəmli fransız virusoloqu, Nobel mükafatı laureatı Lyuk Montanyenin koronavirusun süni mənşəli olması ilə bağlı açıqlaması ona az qala, karyerası və nüfuzu bahasına başa gələcəkdi. Halbuki o, sadəcə, SARS-CoV-2-nin quruluşundakı ardıcıllığın HİV virusuna bənzədiyini nümayiş etdirərək koronavirusun süni mənşəli olduğuna işarə etmişdi.

Çin mənşəli Amerika virusoloqu Bin Lyu bir il əvvəl Pitsburqda koronavirusun quruluşu ilə bağlı bir araşdırma apardığı vaxt güllələndi. O, maraqlı bir kəşf etdiyini elan edən kimi öldürüldü.

Amerika media maşını ümumi razılığa gələrək ortaya belə bir fikir atdı: əgər sən mütərəqqi fikirli liberal və demokratsansa, o zaman bütün qəlbinlə Baydenə səs verər, özünü şüurlu şəkildə təcrid edər və koronavirusun təbii mənşəyinə inanarsan. Yox əgər əyni çuxalı fermersənsə, onda Trampa səs verər, bitib-tükənməyən özünütəcrid tədbirlərini tənqid edər və koronovirusun laboratoriyada yaradıldığına inanarsan.

Əsas internet platformaları və sosial şəbəkələr cəmiyyətin məhz bu yolla bölgüsünü gücləndirdilər. Ancaq bunların əksəriyyəti sırf Amerikasayağı təsir alətləridir. Belə təəssürat yaranır ki, virusun təbii mənşəli olması ilə bağlı versiya məhz amerikalı tərəfdaşların öz laboratoriyalarını gizli saxlamaq məqsədilə aqressiv şəkildə tətbiq olunur.

Bununla belə, hələ ortada koronavirusun təbii mənşəli olduğuna dair elmi dəlillər yoxdur. Sonuncu dəfə ötən qış ÜST-ün Çinə yollanan missiyası həmin dəlillərin axtarışına çıxmışdı. Ancaq mütəxəssislər virusun yarasalardan insana keçmə yollarını tapa bilmədilər.

Hətta bir müddət alimlər günahı kələzlərin üstünə də yıxdılar. Ancaq bu nadir heyvanların virusu insanlara necə ötürə biləcəyi aydın deyildi. Axırda yarasalar da, kələzlər də oyundan kənarda qaldı. ÜST ekspertləri Uhan laboratoriyasından virusun kənara sızmasına dair heç bir əsas tapa bilmədilər.

Laboratoriya tədqiqatlarının miqyasındakı fərq də amerikalı tərəfdaşların xeyrinə deyil. ÇXR-in xaricdə bioloji laboratoriyaları yoxdur. ABŞ-ın isə yüzdən çox belə laboratoriyası var, özü də dünyanın nə az, nə çox – 25 ölkəsində. Qəribə təsadüfdür ki, onların əksəriyyəti Rusiya və Çin sərhədləri boyunca cəmləşib. Yalnız Ukraynada Amerikanın 16 belə bioloji laboratoriyası mövcuddur.

Мужчина в маске с надписью бойкот Китаю в Нью Дели, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.08.2020
Qərar verilib: Çini on ölkə boğacaq. Rusiyanı da dəvət edəcəklər?

Bəs həmin laboratoriyalarda hər hansı bir təhlükəli hadisə baş veribmi? Bəli, özü də kifayət qədər. 2015-ci ildə Amerikanın "USA Today" jurnalı yüzlərlə belə hadisədən bəhs etmişdi. Jurnalistlər yalnız 2014-cü ildə baş vermiş sızmalar arasında Ebola, quş qripi və çiçək xəstəliyi törədicilərinin olduğunu bidirmişdilər. ABŞ Müdafiə Nazirliyi "səhvən" Cənubi Koreyadakı bazaya canlı qarayara sporu göndərmişdi. Hətta koreyalılar ölümcül epidemiyadan qorxuya düşərək etiraz aksiyası da keçirmişdilər.

Amerika alimləri Gürcüstandakı bioloji laboratoriyada "Gilead" şirkəti (əsas səhmdarlarından biri ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfelddir) tərəfindən hazırlanmış yeni və olduqca zəhərli dərmanı insanların üzərində sınaqdan keçirdı. Aparılan təcrübələr nəticəsində 73 nəfər həlak oldu.

Beləliklə, göründüyü kimi ən xoşagəlməz şübhələrə səbəb olan təəccüblü ardıcıllıqla çoxdan kökü kəsilmiş xəstəliklərin epidemiyası Amerika bioloji laboratoriyalarının fəaliyyət göstərdiyi yerdə yenidən başlayır.

Çətin ki, ölümcül virus və bakteriyaların laboratoriyadan kənara sızmasının adi səhlənkarlıq və ya planlı bir əməliyyat olduğunu nə vaxtsa öyrənək. Əslində, bunların heç biri yaxşı deyil, ancaq qlobal səviyyədə hökumət təxribatından söhbət gedirsə, nəzəri cəhətdən bunun yavaş və qəti addımlarla irəliləyən Çinin üslubunda olmadığını söyləmək mümkündür. Bu cür ani jestlər son vaxtlar bütün dünyada xaos yaradan və bununla da öz çöküşünü yubatmağa çalışan məhz amerikalı tərəfdaşlarımız üçün xarakterikdir.

Xəbər lenti
0