Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Pentaqon nə üçün F-35A qırıcılarından və Reaper həmlə PUA-larından imtina edir

© AP Photo / Kang Jong-minF-35 qırıcı
F-35 qırıcı - Sputnik Azərbaycan, 1920, 29.05.2021
Abunə olmaq
Amerikallar öyrəşmədikləri bir rolda çıxış edərək, müdafiə sahəsində geri qalmamağa çalışan ölkəyə çevriliblər.

BAKI, 29 may — Sputnik, Aleksandr Xrolenko, hərbi icmalçı. Rusiya və Çinin yüksək texnologiyalara əsaslanan silahlarının təhlilindən sonra ABŞ beşinci nəsil, ən yeni, çoxməqsədli F-35A qırıcılarını və mifləşdirilmiş kəşfiyyat-həmlə MQ-9 Reaper PUA-larını utilizasiyaya göndərməyə məcbur olub.

Bir müddət əvvəl ABŞ dövlət məmuru Den Qreyzer deyib ki, "F-35 bütün mənalarda kütləvi istehsala buraxılmış bahalı prototip olaraq qalır".

F-35A gözəzörünməz qırıcılarının ilk modifikasiyaları inkişaf etmiş silahlara malik düşmənə qarşı faydasız hesab olunub və bununla da onları silahlanmadan çıxararaq metaloloma göndərmək olar. Reaper MQ-9 PUA-ları ABŞ hərbi-hava qüvvələrinin qətiyyən xoşuna gəlmir, çünki onar Rusiya, Çinin hava hücumundan müdafiə qüvvələrini dəf edtməyə, hətta İran və Şimali Koreya HHM qüvvələrinin öhdəsindən gəlməyə qadir deyil. Hazırda Pentaqon onların sayını artırmaqdan imtina edir (hazırda döyüş növbəsində 300 ədəddir) və Kaliforniyadakı General Atomics istehsal xəttinin bağlanması üçün 172 milyon dollar vəsait istəyir.

Qərargah rəisləri birləşmiş komitəsinin sədri Mark Milli həqiqətən müdaxilə gücünə malik kəşfiyyat və müşahidə sistemlərinə sərmayə yatırmağın vacibliyini dilə gətirib. Qeyd edək ki, ABŞ hərbi hava qüvvələrinin təyyarə donanması da dünyada ən qocalmış uçuş aparatlarından ibarətdir. Belə ki, təyyarələrin orta yaşı artıq 28-dir və bu da son hədd deyil. Məsələn, beşinci nəsil F-22 qırıcıları artıq 2030-cu ildə silahlanmadan çıxarılacaq.

Hərbi hava qüvvələrinin rəhbərliyi 2022-ci ilin büdcəsinin müzakirəsi çərçivəsində 2026-cı ilə qədər 421 ədəd köhnə qırıcıların silinməsi və bununla da 2020-ci illərin sonuna qədər Next-Generation Air Dominance (NGAD) perspektiv təyyarələrinin, 2030-cu illərdə isə MR-çoxtəyinatlı qırıcılarının alınması üçün vəsaitə qənaət olunması ilə bağlı ABŞ Konqresinə müraciət etmək niyyətinddir. "Təhdidlərdən geri qalmamaq" üçün ABŞ HHQ hər il daha 6-7 milyard vəsait tələb edir. Ağ Ev bəyan edib ki, Pentaqon gələn maliyyə ilində 717 milyard dollar, yəni 2021-ci ildəkindən daha 10 milyard dollar çox vəsait alacaq. Beləliklə, xərclər artır, texnoligiyalar isə geri qalır.

"Gözəgörünməz"lərin utilizasiyası

İzah edilə bilməyən paradoks: texnoloji cəhətdən ən sadə modifikasiya olan, standart havaya qalxma və enmə trayektoriyasına malik F-35A-lar döyüş üçün ən az yararlı və daha baha başa gələndir. Belə ki, onlar üçün sursat "tapmaq" daha çətindir. Xatırladım ki, F-35B qısa havaya qalxma trayektoriyasına malikdir, F-35C isə dikinə havaya qalxa bilir. F-35A qırıcıları daha çox pilotların öyrədilməsi üçün istifadə olunur.

Bununla eyni vaxtda Rusiya yeni "Nebo-M" radio-lokasiya sistemlərini yerləşdirib ki, onlar da həm F-22, həm də F-35 təyyarələrini 600 km məsafədə aşkar edə bilir. S-400 Triumf raketləri də eyni məsafədə "gözəgörünməz"ləri aşkar etməyə, rakerin çıxma nöqtəsindən 400 km məsafədə vurmağa qadirdir.

Pentaqon problemin həllinin bir neçə variantını görür. Bunlardan biri həmin təyyarələrin doğranaraq utilizasiya edilməsi, digəri isə, F-35A-ların ilk modifikasiyalarının müttəfiq ölkələrin istismarına verilməsidir. Xatırladım ki, bir müddət əvvəl Polşa ABŞ-dan 32 ədəd F-35A təyyarələrinin alınması ilə bağlı 4,6 milyard dollarlıq müqavilə imzalayıb. Lakin bu vəsaitə üç dəfə artıq sayda silinmiş "gözəgörünməz" almaq mümkündür.

İdeal olmayan cihazlar

ABŞ hərbi hava qüvvələri artıq MQ-9 Reaper PUA-larını almaqdan imtina edir. Belə ki, HHQ 2030-cu illərdə MQ-9-ların tamamilə yeni nəsil pilotsuz uçuş aparatları ilə dəyişdirilməsi niyətindədir. Öz növbəsində, həmin aparatları istehsal edən General Atomics şirkəti MQ-9 PUA-larının xeyli modernizasiya imkanlarının olduğunu və onlardan imtina etməməyin lazım olduğunu bildirir: "Bu, təcrübələr üçün ideal platformadır".

MQ-9 Reaper kəşfiyyat-həmlə PUA-ları 2007-ci ildə istifadəyə verilib və 2009-cu ildən etibarən İran, Pakistan, Yəmən və digər ölkələrdə Əl-Qaidə təşkilatının obyektlərini məhv edib.

Bundan əlavə, MQ-9 Reaper PUA-ları 2021-ci ilin yazında Rumıniyada yerləşdirilib. Bundan da biq qədər əvvəl həmin cihazlar Polşa və Estoniyada görünüb. Amma yenə də, MQ-9 Reaper-lərin əsas təyinatı arsenalında hava hücumundan müdafiə vasitələri olmayan üsyançı-cihadçılardır.

Military Watch məcmuəsinin məlumatın görə, Çin dünyada ilk dəfə hiper-səs sürəti ilə uçmağa qadir olan pilotsuz uçuş aparatlarını silahlanmaya qəbul edib. Bundan əlavə, Rusiyanın süni intellektli, ağır "Oxotnik" (Hunter) PUA-sı da 2024-cü ildə artıq hərbçilərin ixtiyarına verilə bilər. Qərbdə "Oxotnik"in tam miqyaslı döyüş əməliyyatları, beşinci nəsil qırıcı təyyarələrin və yerdə, müdafiə olunmuş obyektlərin məhv edilməsi üçün nəzərdə tutulduğunu seziblər. Belə ki, reaktiv mühərrikli PUA 1000 km/saata qədər sürət yığa bilir və 6 tona qədər faydalı yük daşımağa qadirdir. Pentaqonun isə hazırda buna oxşar heç bir silahı yoxdur. Hərbi dəniq qüvvələrinin X-47B layihəsi isə onilliklər ərzində deqradasiya edərək uçan tanker səviyyəsinə düşüb.

Qeyd edim ki, ABŞ hərbi hava qüvvələri aerokosmik sənaye təşkilatlarına yeni nəsil kəşfiyyat-hmlə pilotsuz platforması barədə sorğunu yalnız 2020-ci ilin iyununda göndərib. Beləliklə, Reaper-lərin 2031-ci ildən tez yeniləri ilə əvəz olunacağı gözlənilmir. 70 ədəd MQ-9 PUA-larının M2DO modifikasiyasına qədər modernləşdirilməsi isə heç də texnoloji inqilab hesab oluna bilməz. Beləliklə, amerikallar öyrəşmədikləri bir rolda çıxış edərək, müdafiə sahəsində geri qalmamağa çalışan ölkəyə çevriliblər.

Xəbər lenti
0