Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycanın qazancı: BMT ilə münasibətlər daha da irəli gedəcək

© AP Photo / Mark LennihanФлаги у здания ООН в Нью-Йорке, фото из архива
Флаги у здания ООН в Нью-Йорке, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.04.2021
Abunə olmaq
Elə qətnamələr olub ki, onlar BMT Təhlükəsizlik Şurasında qəbul olunub və mürəkkəbi qurumamış icrasına başlanılıb. Amma Azərbaycanla bağlı qəbul edilmiş qətnamələrə isə Təhlükəsizlik  Şurasının üzv dövlətləri tərəfindən birmənalı olmayan münasibət göstərilib.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 14 aprel — Sputnik. Elə qətnamələr olub ki, onlar BMT Təhlükəsizlik Şurasında qəbul olunub və mürəkkəbi qurumamış icrasına başlanılıb. Amma Azərbaycanla bağlı qəbul edilmiş qətnamələrə isə Təhlükəsizlik  Şurasının üzv dövlətləri tərəfindən birmənalı olmayan münasibət göstərilib.

Ötən həftə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sədri Volkan Bozkır Azərbaycana səfər edib. Səfər çərçivəsində aprelin 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Volkan Bozkır arasında görüş baş tutub. Volkan Bozkır BA sədri qismində ilk səfərlərini reallaşdırdığını bildirib və bu çərçivədə Azərbaycanda olmaqdan qürur duyduğunu qeyd edib.

Sputnik Azərbaycan Azərbaycan-BMT münasibətlərinin inkişaf perspektivləri məsələsini araşdırıb. Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan politoloq Elşən Manafov bildirib ki, Azərbaycan-BMT münasibətləri azı 30 illik bir tarixi dövrü əhatə edir.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidentini qəbul edib - Sputnik Azərbaycan, 1920, 09.04.2021
SİYASƏT
İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidentini qəbul edib

O bildirib ki, Azərbaycan BMT üzvlüyünə qəbul olunarkən onun SSRİ dövründəki sərhədləri əsas götürülüb:

“Bu, Azərbaycanın beynəlxalq arenada hüquqlarının təsbit edilməsi və ifadəsi baxımından ən dəyərli addımlardan biri idi. Sonrakı dövrlərdə Azərbaycanın üzləşdiyi təcavüz faktı bu təşkilatda müxtəlif səviyyələrdə hüquqi təsdiqini tapdı. Buna görə də BMT Azərbaycan-Ermənistan arasındakı keçmiş Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından ATƏT-ə mandat verilməsini məqsədəuyğun hesab etdi. Bu məqsədlə ATƏT-in Minsk qrupunun yaradılması da BMT-nin baş verən prosesləri ciddi nəzarətində saxladığının göstəricisi idi. Bildiyimiz kimi, münaqişənin mövcud olduğu dövrdə BMT tərəfindən dörd qətnamə qəbul edildi. Bu qətnamələr Azərbaycan torpaqlarının işğala məruz qalmasını təsdiqləyirdi və işğalçı ölkədən birmənalı olaraq təcavüzkar qüvvələrini həmin ərazilərdən çıxartmağı tələb edirdi. Təəssüf ki, beynəlxalq güclərin səyləri nəticəsində BMT-nin hüquqi anlamda olmasa da, geopolitik anlamda təsiri məhdudlaşmışdır. Bu dövr ərzində BMT qətnamələrinin icrasında ikili standartların olması hər kəsə aydın olub. Elə qətnamələr olub ki, onlar BMT Təhlükəsizlik Şurasında qəbul olunub və mürəkkəbi qurumamış icrasına başlanılıb. Amma Azərbaycanla bağlı qəbul edilmiş qətnamələrə isə Təhlükəsizlik Şurasının üzv dövlətləri tərəfindən birmənalı olmayan münasibət göstərilib”.

Аллея флагов возле здания Организации Объединённых Наций (ООН) в Женеве - Sputnik Azərbaycan, 1920, 02.02.2021
BMT Azərbaycana humanitar məqsədlə vəsait ayırıb

Politoloq qeyd edib ki, Azərbaycan-BMT münasibətlərində ölkəmizin əldə etdiyi ciddi uğurlardan biri ölkəmizin 2011-ci ildə təşkilatın Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzv ölkəsindən biri olmasıdır: “Həmin dövrdə ölkəmizin Şurada təmsil olunmasına 155-dən çox ölkə tərəfindən dəstək verildi. Bu, Azərbaycan diplomatiyasının son illərdə apardığı işin uğurlu nəticələrindən biri kimi qiymətləndirilə bilər. Təbii ki, üzvlüyə qəbul olunarkən Azərbaycanın regiondakı önəmi, nüfuzu və imkanları, eyni zamanda beynəlxalq terrorizmlə mübarizədə vacib tərəfdaş kimi çıxış etməsi göz önünə gətirilib. Azərbaycan Təhlükəsizlik Şurasında təmsil olunduğu iki il ərzində öz üzvlük haqlarını qoruyub, həyata keçirib”.

“Ötən il 44 gün davam etmiş Vətən müharibəsində Azərbaycan öz hüquqla təsbit olunmuş haqlarından çıxış edərək ərazi bütövlüyünü təmin etdi. Azərbaycan həm də Qoşulmama Hərəkatına üzv olan ölkələrdən biridir. BMT bu təşkilatla da sıx əməkdaşlıq içərisindədir. Eyni zamanda, ölkəmiz bir çox regional və iqtisadi əhəmiyyət kəsb edən təşkilatlarda da müstəqil diplomatiyasını davam etdirir. Azərbaycanın BMT ilə əməkdaşlığının bundan sonra da yüksələn xətlə inkişaf edəcəyini ehtimal edirəm”, – deyə E.Manafov bildirib.

Xəbər lenti
0