01:57 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
TƏHLİL
Qısa URL
9 0 0

İlk təcrübə nümunəsi 2021-2022-ci illərdə havaya qalxacaq. Təyyarənin kütləvi istehsalı isə 2028-2029-cu illərə planlaşdırılır.

BAKI, 6 aprel — Sputnik. Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiyanın yüksək texnologiyalara əsaslanan döyüş aviasiyasının inkişafı planetdə dost olmayan qonşularla birgə yaşamaq məcburiyyətinə əsaslanır. Yeni nəsil strateji raketdaşıyan bombardmançı təyyarə mümkün düşmənin bütün təhdidlərinə cavab verir.

Rusiya Müdafiə Nazirliyi "Tupolev" konstruktor bürosunun hazırladığı strateji raketdaşıyan bombardmançı təyyarənin son təsvirini təsdiqləyib. Mütəxəssislər təyyarənin hazırlanmasında radarlar üçün görünməz olmasına və güclü raketlərlə silahlandırılmasına üstünlük veriblər.

Uzaq Mənzilli Perspektiv Aviasiya Kompleksi (UMPAK) səs sürətindən aşağı sürətə, göyərtədaxili silahlara, o cümlədən uzaq mənzilli və hipersəs sürətli perspektiv raketlərə malik olacaq, həmçinin uçuş məsafəsi uzanacaq. Yeni nəsil "strateq" təyyarəsinin 2027-ci ildə silahlanmaya qəbul olunacağı gözlənilir. Bu təyyarə uzaq mənzilli aviasiyanın "veteranları" olan Tu-160, Tu-95MS və Tu-22M3 təyyarələrini əvəz edəcək.

Müdafiə Nazirliyindəki mənbə bildirib ki, yeni təyyarə "uçan qanad" aerodinamik sxemi əsasında işlənəcək, təyyarənin daxili avadanlığı isə maksimum avtomatlaşdırılacaq, "hava-hava" tipli raketlərin geniş spektrindən atəş açmağa və hətta pilotsuz uçan aparatlar qrupunu idarə etməyə qadir olacaq. Hazırda Kazan Aviasiya Zavodunda yeni təyyarənin bir neçə nümunəsi hazırlanır.

Yeni "strateqin" xüsusi maketləri və tam həcmli elementləri artıq silsilə sınaqlardan keçib və bombardmançının NATO ölkələrinin hava hücumundan müdafiə sistemlərini gözə görünmədən keçmək imkanlarını təsdiq edib.

"Tupolev"in rəhbəri Aleksandr Konyuxov yeni UMPAK-ın ilk təcrübə nümunəsinin 2021-2022-ci illərdə havaya qalxacağını bildirib. Təyyarənin kütləvi istehsalı isə 2028-2029-cu illərə planlaşdırılır.

Texnoloji yenilik

Yeni UMPAK nüvə hücumundan mühafizəyə və aviasiyanın döyüş tətbiqinə nələri əlavə edəcək?

Rusiyaya əvvəlki raketdaşıyanları, yəni Tu-160 (1984-cü ildən buraxılır), Tu-95MS (1958-ci ildən buraxılır) və Tu-22M3 (1969-cu ildən buraxılır) təyyarələrini əvəz edəcək keyfiyyətcə yeni təyyarə lazımdır .

Yeni təyyarədə "uçan qanad" konstruksiyasının tətbiqi uçuş məsafəsinin və yükqaldırma qabiliyyətinin artmasına hesablanıb. Belə ki, təyyarənin havada qalma müddəti 30 saatdan, yanacaq doldurmadan uçuş məsafəsi isə 15 min km-dən çox olacaq. Ən bədbin proqnozlara görə, yeni "strateq" havaya 35 ton faydalı yük qaldıra biləcək. Müqayisə üçün qeyd edək ki, ABŞ-ın gözəgörünməz B-2 Spirit təyyarəsinin yükqaldırma qabiliyyəti cəmi 27 tondur.

Kosmik ovçu

Ekspertlər təyyarənin düşmənin hava hücumundan müdafiə qüvvələrinin nəzarətində olmayan ərazidən – Şimal Buzlu, Sakit və Atlantik okeanı üzərindən hücum etmək qabiliyyətini vacib xüsusiyyət hesab edirlər. Lakin UMPAK-ın döyüşdə tətbiqi taktikası mümkün düşmənin radarlarında görünmə və göyərtəsindəki raketlərin nə qədər uzaq mənzilli olmasından asılı olacaq.

Hazırda yalnız Rusiya və ABŞ xüsusi HHQ-yə - strateji aviasiyaya malikdirlər (Min bu istiqamətdə işi hələ davam etdirir). Belə ki, ABŞ-ın "Northrop Grumman" şirkəti 2017-ci ildən analoji B-21 "Reyder" UMPAK-ı üzərində iş aparır. Pentaqonun planlarına görə yeni təyyarənin ilk uçuşu 2022-ci ildə baş tutacaq. Təyyarənin bir ədədinin qiyməti 600 milyon dollar olacaq.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, Çinin 10 ton yükqaldırma və 8500 km uçuş qabiliyyətinə malik olacaq H-20 strateji bombardmançısı ilk sınaqlara 2021-ci ildə buraxılacaq.

Odur ki uzaq mənzilli "strateji" bombardmançılar arasında gərgin mübarizə konstruktor bürolarında, yerdə və havada davam edir. Rusiyanın yeni "strateq"ini əsas fərqləndirən xüsusiyyəti isə kosmik "ovçu" funksiyasını yerinə yetirməyə qabil olmasıdır. Belə ki, yeni təyyarənin hipersəs raketləri təkcə quruda və suda deyil, həmçinin yaxın kosmosda da məhv etməyə qadir olacaq (hərbi təyinatlı peyklər, strateji raketlərin döyüş başlıqları). Yeni raketdaşıyan bombardmançının bütün döyüş qabiliyyəti Tu-160-da olduğu kimi 4 nəfər ekipaj üzvündən asılı olacaq.

Əsas mövzular