14:08 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
TƏHLİL
Qısa URL
19 0 0

Hələ 1903-cü ildə alim, radionu kəşf etmiş Aleksandr Popov Rusiya İmperiyasının Hərb Nazirliyinə yazdığı məruzədə REM vasitələrinin prinsiplərini açıqlayıb

BAKI, 30 mart — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiyanın yüksək texnoloji silahlar sahəsində dünya lideri olması hamı tərəfindən qəbul olunub. Radio-elektron mübarizə (REM) sektorunda Rusiyada istehsal olunan vasitələr istənilən döyüş şəraitində fantastik səmərəlilik nümayiş etdirir. ABŞ-ın hesablama palatası elektromaqnit mübarizədə Rusiya qarşısında üstünlüyün artıq itirildiyini etiraf edib. Palatanın müdafiə potensialı və idarəetmə məsələləri üzrə direktoru Cozef Kirşbaum elektromaqnit spektrdə Rusiya qüvvələri "bu vasitələrin ABŞ və digər ölkələrə qarşı real tətbiqində" (yeri və vaxtını dəqiqləşdirmədən) səmərəli olduğunu nümayiş etdirdiyini qeyd edib. Bundan əlavə, amerikalı mütəxəssislərin qənaətinə görə, Moskva REM vasitələri ilə Pentaqonun təyyarə və gəmilərinin rabitə vasitələri və naviqasiya sistemlərinə təsir etmək iqtidarındadır. 

Suriyada həyata keçirdiyi hərbi əməliyyat Rusiyaya lazımi təcrübə toplamağa və ABŞ-ın kosmik qüvvələri ilə mübarizə potensialını inkişaf etdirməyə imkan verib. Pentaqon isə REM sahəsində əvvəllər qəbul olunmuş strategiyaların heç birini tam həyata keçirə bilməyib. 1990-cı illərdə amerikalılar bu texnologiyaları lazımsız hesab edərək uzun illər bu istiqamətdə işləri dayandırıblar və əldən verdikləri fürsəti uğursuzcasına qaytarmağa çalışırlar.

Şimali Atlantika alyansı REM vasitələrində Rusiyadan geri qaldığını hələ 2018-ci ildə etiraf edib. Belə ki, NATO-nun elmi-texniki bölməsi alyansın taktiki rabitə infrastrukturu Rusiya REM strategiyası qarşısında acizdir. "Rusiyanın vacib REM, PUA və artilleriya hədəflərinin aşkar edilməsi, tanınması və məhv edilməsini özündə ehtiva edən doktrinası isə çox uğurlu olduğunu nümayiş etdirib".

Rusiya on illərdir ki, qəti və ardıcıl şəkildə yerdə, havada və suda yerləşdirilən unikal REM sistemlərini işləyib hazırlayır. Son üç il ərzində Rusiya ordusunun sərəncamına minlərlə REM vasitələri, o cümlədən səyyar, kiçik ölçülü maneə siqnalları ötürücüləri verilib ki, onların da 19-u tamamilə yeni nümunələrdir. Lakin məsələ kəmiyyətdə deyil. Rusiya bölmələrinin döyüş imkanlarının artması texnikanın çoxfunksiyalılığı və keyfiyyəti ilə təmin olunur. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, həmin sistemlərin tətbiqi məsafəsi 3,5 dəfə artıb.

Rusiyaya məxsus REM sistemləri NATO rabitə sistemlərini ayrı-ayrılıqda və qlobal şəkildə "kar" etməyə, terrorçuların PUA-larının uçuşlarının qarşısını almağa, Amerikanın "Tomahawk" raketlərini azdırmağa qadirdir. Rusiya elektromaqnit silahlarını sınaqdan çıxarır. Məsələn, yüksək tezlikli dalğa (YTD) topları 10 km məsafədə düşmənin elektron cihazlarını sıradan çıxarmağa qadirdir. Bu sahədə ən məxfi sistemlərdən biri olan "Alabuqa" sistemi, Qərb KİV-lərinin məlumatlarına görə, gücünə görə nüvə bombası ilə müqayisə oluna bilər və "bütöv orduları neytrallaşdıra" bilər.

Suriya reallığı

Rusiyanın Suriyada yerləşən "Avtobaza-M", "Borisoqlebsk-2", "Moskva", "Krasuxa", "Səmərqənd", "Svet-KU", "Rtut-BM", "İnfauna", "Repellent" REM sistemləri yüz kilometrlərlə diametrli özünəməxsus görünməz qapaq altına salaraq düşmənin elektronikasını iflic edir. Məsələn, "Krasuxa" 200 km-ə qədər radiusda texnikanın radioelektron sistemlərini "kor" edir. Yəni Xmeymim bazası üzərində düşmən RLS, peyklə rabitə sistemləri, PUA idarəetmə sistemləri, yüksək tezlikli radio, mobil rabitə, Wi-Fi sistemləri işləyə bilmir. Rusiya REM sistemlərinin əks-hücumu hətta ABŞ və NATO qüvvələri siqnalları şifrələdikdə və maneədən qoruyan elektronikadan istifadə etdikdə belə uğurlu olur.

Bir neçə misal. "Moskva-1" kompleksi passiv elektron təhlil rejimində 400 km radiusda əraziyə nəzarət edərək, təyyarələri, raketləri və hətta düşmən mərmilərini də aşkar edir. Az sürətlə hərəkət edən və kiçik ölçülü və radio-sükut rejimində PUA-lara qarşı "Valday" kompleksi "roy-dron" strategiyasına qarşı asimmetrik cavabdır.

"Şipovnik-AERO" REM sistemi düşmənin PUA-sının kompüterinə bir saniyədə daxil ola bilir. Əgər tanış olmayan konfiqurasiyaya rast gəlirsə, bir neçə dəqiqə ərzində nəzarəti altına alır. Bundan əlavə, "Şipovnik" rabitə komanda məntəqələrini, tele və radio yayım stansiyalarını, mobil və digər şəbəkələrinin işini poza bilir.

"R-330J Jitel" stansiyası radiodalğa mənbələrini aşkar, təhlil edərək "İnmarsat" və "İridium" xarici peyk rabitəsi sistemlərinə, GPS naviqasiya avadanlığına maneə siqnalları göndərir.

Rusiyanın Qara dəniz donanması Aralıq dənizinə 22160 layihəsi çərçivəsində hazırlanmış "Dmitri Roqaçov" patrul gəmisini göndərib. Həmin gəminin göyərtəsində "Kalibr" qanadlı raketlərindən əlavə ABŞ və NATO kəşfiyyat aviasiyasına qarşı dənizdə yerləşdirilən REM vasitəsi quraşdırılıb.

Kosmosda müharibə başlaya bilər>>

Rusiyanın Suriyadakı REM sistemləri rəqib radarlarına təyyarələrin havaya qalxmasını, enməsini, raketlərin buraxılmasını, qoşunların yerdəyişməsini görməsinə imkan vermir. Suriya ərazisində demək olar ki, yaraqlıların xarici aləmlə və öz aralarında rabitə sistemləri demək olar ki, məhv edilib. Qorxmuş və ya kor edilmiş düşmən artıq yarım-məğlub vəziyyətdədir. REM vasitələri rəqib elektronikası üçün "əlavə olunmuş reallıq" yaradır, uçuş aparatları radioelektron "ilğım"ların qurbanına çevrilir (yalançı GPS siqnalları). Hipotetik olaraq qanadlı raketləri azdıraraq onların buraxıldığı nöqtəyə də yönləndirmək olar.

Xatırladım ki, 2017-ci ilin aprelin 7-də ABŞ-ın "Ross" və "Porter" gəmilərindən Suriyanın "Eş-Şayrat" aviabazasına atılmış 59 ədəd "Tomahawk" raketindən 36-sı hədəfə çatmayıb və onların düşdüyü yer də məlum deyil. Rusiya nəzarət sistemlərinin məlumatına görə, hava bazasına cəmi 23 raket gedib çatıb.

Strateji üstünlük

Suriyada baş verənlər bütün dünyada əks-səda doğurur və REM sistemləri dolayısı ilə Rusiyanın geosiyasi nüfuzunun artmasını təmin edir. Belə ki, Rusiyanın güclü "Murmansk" sistemi Çin mütəxəssislərində elə təəssürat yaradıb ki, onlar dünyada NATO təyyarələrinə zərbə endirməyə və "ABŞ-ın təkəbbürünün qarşısını almağa" qadir olan ən mükəmməl REM texnikasının yaradıldığını bəyan ediblər. Çin jurnalistləri "Murmansk"ın ABŞ ordusunun qlobal kiçik dalğalı sisteminə (yerdəki stansiyalarla təyyarələr və gəmilərlə əlaqəni təmin edir) nəzarət etməyə 3000 km radiusda bu sistemin işinə maneələr yarada biləcəyini bildiriblər. Heç də bütün ölkələr paytaxtdan sərhədə qədər bu radiusda fəaliyyətlə qürrələnə bilməzlər.

Amerikanın bu sahədə ixtisaslaşmış "The National Interest" məcmuəsi isə yazır:

"Rusiya NATO ölkələrini REM sahəsində keyfiyyətcə qabaqlayır və illər keçdikcə onlar arasında məsafə getdikcə artır. Alyansın hərbi müdaxiləsi olduğu təqdirdə Rusiyanın REM vasitələri bütün əməliyyat dərinliklərində rabitəni və NATO qüvvələri arasında qarşılıqlı əlaqəni yoxa endirəcəklər. Rusiya ərazisinə az görünən qırıcı-bombardmançı təyyarələrdə istənilən müdaxilə cəhdi uğursuzluğa məhkumdur. Döyüş əməliyyatlarının gedişində F-35 "uçan kompüterləri" çox böyük ehtimal ki, ani olaraq sıradan çıxarılacaq.

Qeyd edək ki, təkamül nəticəsində müasir REM vasitələri artıq bütün taktiki bölmələrin, hətta adi piyada bölüklərin də sərəncamında var. Belə ki, Rusiya hərbçiləri "çiyinlərindəki" avadanlıq vasitəsilə düşmənin radio-elektron cihazlarını müəyyən edərək onları sıradan çıxarmağa qadirdir. Portativ "Pişşal", "Sapsan-Bekas", "Solyaris-N" kompleksləri səmərəli və istifadəsi rahatdır. Məsələn, daşınan "Pişşal" sisteminin ağırlığı cəmi 3.5 kq-dır (zahirən avtomata bənzəyir) və 2 km radiusda peyk naviqasiya və rabitə sistemlərinə maneə siqnalları göndərə bilir.

Rusiya istehsalı olan REM sistemlərinin bir əsrdən çox tarixi var. Ümumiyyətlə radio-dalğalardan istifadə ideyasının özü də Rusiyaya malikdir. Hələ 1903-cü ildə alim, radionu kəşf etmiş Aleksandr Popov Rusiya İmperiyasının Hərb Nazirliyinə yazdığı məruzədə REM vasitələrinin prinsiplərini açıqlayıb. Və artıq bundan bir il sonra Port-Arturun müdafiəsində həmin vasitələrin döyüşdə tətbiqinə başlanıb. Belə ki, "Pobeda" zirehli gəmisinin radiostansiyası Yaponiya eskadrasının atəşi korrektə edən gəmilərinin işini pozmuşdu. Odur ki şanlı tarix bu gün də davam edir.

Əsas mövzular